Bu gün seçki günüdür

Bu gün 7 fevral Azərbaycanda növbədənkənar prezident seçkiləri günüdür. SİA Secki-2024.az saytına istinadən bildirir ki, seçkidə 7 prezidentliyə namizəd mübarizə aparır. Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var.

Bildirək ki, xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Ən son rəqəmlərə əsasən, Azərbaycanda 6 milyon 478 min 623 seçici var.

Seçkiləri izləmək üçün 90 272 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Səsvermə prosesi saat 08:00-dan başlayır və 19:00-da bitir.

Azərbaycan Respublikası Prezidenti seçkilərində 119 seçki dairəsi üzrə 1 000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə