"AXCP kimi partiyalar Azərbaycan üçün yox, bağlı olduğu dövlətlər üçün çalışırlar" - RƏYLƏR
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Facebook sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib: “Boykot edilməsi bir yana, hələ indiyə qədər xalq tərəfindən bu qədər lağa qoyulan, məsxərəyə çevirilən seçki olmamışdı”. Ortada mövcud bir boykot yoxdur, söhbət hansı lağetmədən gedir? AXCP öz tərəfdarlarının paylaşımlarını xalqın fikirləri kimi təqdim etməklə nə əldə etməyə çalışır? SİA mövzu ilə bağlı politoloq Oqtay Qasımov və Turan Partiyasının sədri Cahandar Bayoğlunun fikirlərini öyrənib.
Oqtay Qasımov bildirib ki, Azərbaycanda növbədənkənar seçkilər təyin olunub. Bu seçkilərdə müxtəlif təşkilatların nümayəndələri olan 7 namizəd iştirak edir: “Hər bir siyasi təşkilatın seçkilərə öz münasibəti ola bilər. Hər halda sabah seçkilər günüdür. Seçkilərdə əhalinin iştirakı və səsvermənin nəticələri bir çox suallara da cavab verəcək. O baxımdan müxtəlif fikirlər səslənə bilər. Hesab edirəm ki, Azərbaycanda yeni dövrdə, ərazilərimizin tam şəkildə işğaldan azad olunduğu bir zamanda belə bir seçkinin keçirilməsinə ehtiyac var idi”.
Cahandar Bayoğlunun sözlərinə görə isə, AXCP tək deyil, Azərbaycanda onun kimi Avropanın ayrı-ayrı dövlətlərinin kuklası olan bir çox siyasi hərəkat və partiyalar var: “Onların hamısı bu məfkurənin daşıyıcısıdır. Onlar Azərbaycan üçün yox, bağlı olduğu dövlətlər üçün çalışırlar. O səbəbdən də hesab edirəm ki, bu adamlara o qədər də ciddi yanaşmaq lazım deyil. Azərbaycan öz seçimini edəndən, dövlət strukturları yenidən formalaşdıqdan sonra bu cür partiyaların hamısı öz yerlərinə göndərilməlidir. Azərbaycna dövləti bu cür məfkurə daşıyan insanlardan və qruplardan xilas olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB