"Uğurumuza sevinən və dəstəkləyən dövlətlər də çoxdur” - ŞƏRH EDİLDİ
“Azərbaycan Prezidentinin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” barədə imzaladığı sərəncam bir daha göstərir ki, dünyanın tərkib hissəsidir və dünyada gedən proseslərdə ölkəmiz fəal iştirak edir. Yaşıl enerji ilə bağlı illərdir ki, ölkə başçısının çıxışlarında, Azərbaycanda həyata keçirilən layihələrdə, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımızda görülən işlər diqqət çəkir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Deputat bildirib ki, hazırda dünyada baş verən mühüm qlobal problemlər və məsələlərə Azərbaycan öz müsbət töhfəsini verir: “2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də Azərbaycanın bu sahəyə verdiyi önəmin göstəricisidir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin qazandığı nüfuzun nəticəsidir. Bu konfrans nəticəsində 10 minlərlə qonaq ölkəmizə gələcək. COP29 Azərbaycanın son dövrlərdə qazandığı uğurların yeni bir təsdiqidir. Azərbaycanın inkişaf etməsini istəməyən ölkələrlə yanaşı, uğurumuza sevinən və dəstəkləyən dövlətlər də çoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB