"Dövlət səviyyəsində bu istiqamətdə mühüm işlər görülür" - ŞƏRH EDİLDİ

"Dövlət səviyyəsində bu istiqamətdə mühüm işlər görülür" - ŞƏRH EDİLDİ

“Prezidentin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncam çox vacib sənəddir. Hazırda dünyada cəmiyyətin qarşısında duran ən vacib məsələlərdən biri ekoloji sabitliyi saxlamaqdır. Çünki bir çox ölkələr zərərli texnologiyalardan istifadə edirlər ki, bu da ekoloji vəziyyəti daha da gərginləşdirir. COP29-un Azərbaycanda keçirilməsi də təsadüfi deyil. Azərbaycan dövlətinin son illərdə bu məsələdə verdiyi töhfə diqqət çəkir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, biz neft-qaz ölkəsiyik və dövlət rəhbərliyi səviyyəsində bunun ekoloji fəsadlarını anlayır, bu istiqamətdə mühüm addımlar atırıq: “Bu mənada da hazırda dövlət səviyyəsində yaşıl enerji strategiyasını reallaşdırmağa başlamışıq. Təsadüfi deyil ki, ötən il bu istiqamətdə dördtərəfli saziş imzalandı. Azərbaycan faktiki olaraq köhnə sistemdən yavaş-yavaş uzaqlaşaraq, yeni texnologiyalara transferini təmin etməyə başlayıb. Həmçinin işğaldan azad edilmiş ərazilərimiz də yaşıl enerji arealına çevriləcək. Dövlət səviyyəsində bu istiqamətdə mühüm işlər görülür. Bununla yanaşı insanların da yeni dövrə öyrəşməsi və ayaq uydurması və fəallıq nümayiş etdirməsi olduqca vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə