Seçicilərin iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb - MSK SƏDRİ
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarishvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA Secki-2024.az saytına istinadən xəbər verir ki, gürcüstanlı həmkarını və rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Məzahir Pənahov əlaqələri genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib.
M.Pənahov vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki sisteminin inkişafında mühüm rol oynayır.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, fevralın 7-də seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.
Giorgi Kalandarishvili seçkilərin müşahidəsi üçün dəvətə və səmimi qəbula görə minnətdarlığını bildirib. O, seçki prossesinin şəffaf və yüksək peşəkarlıqla keçirələcəyindən əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB