"Əli Kərimlinin ağaları ABŞ-də, Avropada oturub sifariş verir ki, sarsaq-sarsaq danışsın" - PARTİYA SƏDRİ BİLDİRDİ
“Mən görürəm ki, Əli Kərimli və yanında olanlar ağıllarını, reallıq hisslərini tamamilə itiriblər”. Bu barədə SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib._(1).png)
Onun sözlərinə görə, cəmiyyətdə öz mövqelərini itirdiklərini başa düşmürlər: “Anlamırlar ki, artıq heç kəs onları dəstəkləmir, onların yalançı, boş qara qışqırıqlarından insanlar iyrənirlər. Bunu onlar görmək istəmirlər, ona görə də bu cür boş-boş danışırlar. Azərbaycanda normal şəkildə seçki kampaniyası gedir. Hər kəs, hətta dünənə qədər Azərbaycan hakimiyyətinə qarşı müəyyən narazılığı olan insanlar da İlham Əliyevi qalib prezident kimi qəbul edirlər. Hər kəs şükür edir ki, torpaqlarımız 30 il işğal altında qaldıqdan sonra azad olundu”.
A.Nağı bildirib ki, Azərbaycanda İlham Əliyevin alternativi yoxdur, uğurlu xarici siyasət yeridir, daxildə islahatlar həyata keçirir: “İnsanlar arasında danışılan budur. Onlar bunu eşitmirlərsə, görmürlərsə ya kordular, ya kardılar ya da özlərini korluğa, karlığa qoyublar. Ona görə də hesab edirəm ki, cəmiyyətdə onların dediyinə ironiya ilə yanaşırlar. Onlar mənasız fikirlər səsləndirməkdən yorulmurlar. Çünki ağaları ABŞ-də, Avropada oturub onları maliyyələşdirirlər və sifariş verirlər ki, sarsaq-sarsaq şeylər danışsınlar. Amma qərbdəkilərin də deyəsən ağlı çaşıb. Başa düşmürlər ki, ortaya qoyulan məntiqi mövzu olmalıdır. Yoxsa bu beyni getmiş insanların diliylə ancaq özlərini biabır edirlər. Onlar Əli Kərimli kimilərin arxasında dayanırlar, bunların həyat yolu elə xəyanətdir, öz yaxınlarına həmişə xəyanət ediblər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB