"Fransanın fəal xarici siyasət aparmaq imkanları tükənir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Fransada artıq neçə illərdir, narazılıq artıb və bu narazılıq qarşıdurmalara, küçə toqquşmalarına gətirib çıxarıb". Bu sözləri SİA-ya açıqlamasında tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, "Sarı jiletlilər"in etirazı, bu günlərdə fermerlərin məlum hərəkəti göstərir ki, Fransa hakimiyyəti ölkədə bərbad idarəçilik yaradıb, xalq narazıdır: "Vəziyyətin belə davam etməsi Fransada idarəçiliyin və bütövlükdə ölkənin ümumi böhranına gətirib çıxara bilər. Yaranmış bu vəziyyətdə Fransanın fəal xarici siyasət aparmaq imkanları tükənir, hakimiyyətin başı daha çox ölkədaxili problemlərin həllinə qarışacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB