"Azərbaycan Fransanın Cənubi Qafqaz siyasətini iflas etdirib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Fransanın Cənubi Qafqaz siyasətini iflas etdirib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan əleyhinə qəbul edilən qətnamənin bəlli səbəbləri var". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Fransa işğalçı Ermənistan üzərində Azərbaycanın qazandığı qələbəni, ərazilərini işğaldan azad etməsini, özünün məğlubiyyəti kimi qəbul edir: "Belə hesab edir ki, Azərbaycan nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa üzərində qələbə qazanıb. Azərbaycan Fransanın Cənubi Qafqaz siyasətini iflasa uğradıb. Fransada belə düşünürlər ki, Azərbaycan qərbdə hökm sürən İslamafobiya üzərində qələbə qazanıb. Digər müsəlman ölkələrinə bir nümunə olub. İstər Fransa da, istərsə də hər hansı ölkədə və beynəlxalq təşkilatda əleyhimizə qəbul edilən sənədlər qərəzlidir, qəbul edilmir və cırılıb atılmış kağız parçalarıdır".

"Bu ölkələr və təşkilatlar Azərbaycanı zəif və boynubükük görmək istəyirlər. Ona görə də belə qətnamələr meydana çıxır. Amma Azərbaycanı heç bir güc yolundan döndərə bilməz. Millətimizin inkişafının tərəqqisində güclü dövlət və qüdrətli dövlət rəhbəri amili dayanır"- deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə