Ermənistan Azərbaycandan Avropa ölkələrinə elektrik enerjisinin ixracı üzrə enerji layihəsində maraqlıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransı zamanı deyib.
...Regionumuz Cənub və Şimal, Qərb və Şərq arasında çox vacib bir yola çevrilə bilər. Bunlarda, bütün dövlətlərə iqtisadi layihələrdə iştirak etmək imkanı verildikdə, inklüzivlik çox vacibdir. Bunun bariz nümunəsi Ermənistanın böyük marağı olan Qara dəniz kabel layihəsidir
Nikol Paşinyan deyib bunu.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında Azərbaycandan Gürcüstan vasitəsilə Avropa ölkələrinə elektrik enerjisi ötürmək üçün kabel xəttinin yaradılması nəzərdə tutulan sənəd imzalanıb.
Daha sonra Bolqarıstan da layihəyə qoşulmaq qərarına gəlib.
Qeyd edək ki, bu layihənin icrası üç-dörd il çəkə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB