Artıq bir neçə ildir ki, daha dəqiq desək, 44 günlük müharibədə rüsvayçı məğlubiyyətlə qarşılaşdıqdan sonra demək olar, matəm əhval-ruhiyyəsi hökm sürən, ümidsizlikdən əziyyət çəkən Ermənistanın və erməni cəmiyyətinin, boğulmamaq üçün saman çöpunə əl uzadan çarəsiz misalında, AŞPA-nın məlum ədalətsiz addımından bərk “sevincək” olması, hələ də erməni cəmiyyətini sevindirəcək, ruhlandıracaq bircə dənə də halın müşahidə edilməməsi fonunda məhz AŞPA tərəfindən əsassız və heç bir təsiri olmayan bəyanatların, qərarların qəbul edilməsindən hayların “təsirlənmələri” başadüşüləndir. Beynəlxalq təşkilatlarda, platformalarda Azərbaycanla bağlı əsassız və ədalətsiz yanaşmalardan hayların qazandığı bir şey olmasa da, özlərini formal da olsa buna görə sevincli göztərməyə çalışırlar. Elə məhz heç bir mənası, əhəmiyyəti, hətta təsiri belə olmayan AŞPA bəyanatını, qərarını da həm şişirdirlər, həm də özləri üçün bunu bir növ, təskinlik hesab edirlər.
Ermənistana məxsus mətbuat səhifələri yalandan, uydurulmuş və şişirdilmiş şəkildə, Azərbaycanın guya AŞPA-dan çıxarıldığını, ardınca da guya ölkəmizə qarşı “dağıdıcı” sanksiyalar tətbiq ediləcəyini yazırlar. Hətta ölkəmizin Rusiyaya həddən artıq bənzəməyə başladığını da “təsvir” etməkdən utanan kimi görünmürlər. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, separatçı və terrorçu erməniləri də elə məhz iti qovan kimi qovmasını Rusiyanın Ukrayna ilə müharibəsinə bənzətmək, oxşatmaq niyyəti ilə Ermənistan mətbuatının “erməni dilini işə salması” həmin cəmiyyətin nə dərəcədə cılız, ruhi sarsıntı içərisində olduğunu göstərir. Əks halda, ən azından, illərlə davam edən və dağıdıcılığı ilə fərqlənən Rusiya-Ukrayna müharibəsi ilə ərazilərin işğaldan azad edilməsi, terrorçulardan təmizlənməsi uğrunda aparılan mübarizə, BMT-nin məlum qətnamələrinin Azərbaycan tərəfindən həyata keçirilməsi qətiyyən bir-biri ilə qarışdırdırılmazdı. Üstəlik, indi həmin məsələləri qarışdıranların məhz özləri kimilərinin heç bir təsirə malik olmayan qərarından “sevincək olması”, hətta bunu şişirdərək ölkə ictimaiyyətinə sırıması, təskinlik tapması çox aciz görünür. Hansı iddiada olduqlarını bilməyənlərin hələ az qala lap haylara yazığı da gələr.
“Siz bizim üçün həqiqətən vacib enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həm də iqlim neytrallığı sahəsində həmişə etibarlı olmusunuz”, deyərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edən və ölkəmizin vacib tərəfdaş olduğunu vurğulayan Avropa Komissiyasının sədri Ursula fon der Leyeni lağa belə qoymağa çalışan Ermənistan mətbuatı ölkəsinin məğlubiyyət kompleksini, geriliyini ifşa edir. Bütün bunların erməni mediasında qeyd olunması onu göstərir ki, Azərbaycanın məhz Avropa üçün tərəfdaş olduğunu, özü də vacib tərəfdaş olduğunu haylar həzm edə bilməsələr də çox yaxşı başa düşürlər və qəbul da edirlər, hərçənd boyunlarına almasalar da belə. Neftin, qazın, ümumiyyətlə enerji resurslarının bütün Avropanın enerji təminatına nə dərəcədə vacib və əhəmiyyətli olduğunu, bütövlükdə Azərbaycanın Avropa ailəsinə gərəkli olduğunu da haylar bilirlər. Amma deyəsən, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin dedikləri, eləcə də onun Azərbaycanla bağlı etiraf etdiyi reallıqlar erməni cəmiyyətini yaman çox yandırıb-yaxıb ki, tüstüsü hələ uzaqdan belə hiss olunur...
İndi erməni mediası bir-birinin ardınca yazır ki, Azərbaycan normal Avropa dövlətinin minimum tələblərinə cavab vermir. Sual oluna bilər ki, görəsən, kim və hansı tələblərə cavab vermir, ədalətsiz, ikiüzlü yanaşma sərgiləyən Avropa, işğalçılığı dövlət siyasəti olaraq qəbul edən, qanunlara məhəl belə qoymayan, terrorçu və separatçı Ermənistan, yoxsa öz siyasətini beynəlxalq hüququn norma və prinsplərinə zidd olmadan yürüdən, qanunun aliliyinin hökm sürdüyü Azərbaycan? Soruşula bilər ki, ay erməni dığaları, siz hansı haqla ümumiyyətlə, müzakirə açırsız? Azərbaycan barəsində dediklərinə görə Avropa Komissiyasının sədri Ursula fon der Leyeni lağa qoymağa çalışanlar həqiqətənmi öz vəziyyətlərini, hallarını görməyəcək dərəcədə kordurlar? Görmürlərmi öz durumlarını? Ümumiyyətlə, işğalçı ölkənin məhz Avropanın, yaxud Qərbin həmin o dediyi minimum tələblərinə cavab verməsi kimin nəyinə lazımdır, bir halda ki, süverenliyini itirmək təhlükəsi ilə üz-üzədir? Bəli, Qərbin, Avropanın, hansısa bir ölkənin tələblərinə uyğun, tələb etdiyi şəkildə siyasət qurmağı qoy elə Ermənistan öz-özünə rəva bilsin və müstəqil siyasət yürüdən suveren ölkə olan Azərbaycana belə bir şəkildə davranmaq, kimlərinsə istədiyi siyasəti aparmaq qətiyyən gərək deyil. Qoy elə Ermənistan özü marionet ölkə olaraq, hansısa qüvvələrin, hansısa ölkələrin əmrlərinə müntəzir olsun və Qərbin də Avropanın da çaldığı havaya haylar özləri oynasınlar.
Yenə də Ermənistana məxsus mətbuat səhifələri Azərbaycanı və bu dəfə ölkəmizin mətbuatını hədəfə alır və çox cılız şəkildə özünü ifadə edir. “Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur”, başlıqlı yazıların Azərbaycan mətbuatında yer almasını müzakirə edən erməni mediası bu fikri dərk etməkdə, anlamaqda və həzm etməkdə çoxmu çətinlik çəkir? Başa düşə bilmirmi ki, Azərbaycanın heç bir beynəlxalq təşkilata, ələlxüsus da maraq qruplarının planları və maraqları ilə fəaliyyətini quran AŞPA kimi marionet quruma heç ehtiyacı yoxdur? Dərk edə bilmir ki, heç bir əsası, əhəmiyyəti, mənası olmayan qərarlar, bəyanatlar qəbul edən AŞPA adlı bir qurumun, təşkilatın bu vaxta qədər bircə dənə də olsa məsələnin həllində real iştirakı olmayıb? Anlamır ki, qərəzli qrupların niyyətilərini ortaya qoymaqdan başqa heç bir inkanı olmayan AŞPA adlı beynəlxalq təşkilatın heç bir icra mexanizmi də yoxdur? Bütün bunların fonunda məhz Azərbaycanın həqiqətən də hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacının olmamasını başa düşmək niyə Ermənistana çətin görünür? Ona görə çətin görünür ki, rəsmi İrəvan heç zaman öz gücünə, öz imkanlarına, öz potensialına arxalanmayıb və həmin o sadalananların olmaması fonunda hansısa beynəlxalq təşkilatın, Qərbin, Avropanın, hansısa dövlətin ətəyindən tutan haylar Avropa üçün enerji təchizatçısına çevrilən, beynəlxalq və regional layihələrin, platformaların müəllifi olaraq çıxış edən, onları reallaşdıran, beynəlxalq miqyasda söz sahibi olan Azərbaycan tərəfinin hansısa beynəlxalq təşkilata, ələlxüsis da AŞPA kimi “dişsiz quruma” ehtiyacının olmadığını başa düşə də bilməz.
Öz-özünə təskinlik verməyə çalışan erməni cəmiyyəti üçün də, Ermənistan mətbuatı üçün da səmərəli bir işlə məşğul olmaq daha məqsədəuyğun olardı. Məsələn, Azərbaycan nümayəndə heyətinin bu qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması ilə bağlı bir araşdırma aparılar və haylar tərəfindən dərk edilərdi ki, Azərbaycan AŞPA-nın timsalında beynəlxalq təşkilatlara da, Qərbə də, Avropaya da tutarlı mesaj verib. Ən azından həmin o “səmərəli fəaliyyət”dən sonra ermənilər anlayardılar ki, hər birinə mesaj da verilib ki, Azərbaycan müstəqil dövlətdir və onlara heç ehtiyac da duymur. Həm də görərdilər ki, ciddi şəkildə də bildirilib ki, Azərbaycanla hədə, təhdid, yaxud da hansısa təzyiq dili ilə danışmaq olmaz və rəsmi Bakı üçün bu, qəbuledilməzdir. Bunu da qanmış olardılar ki, Azərbaycandan fərqli olaraq, bu şəkildə Ermənistan qətiyyən davrana bilməz və qəti şəkildə öz ağalarının ətəyini buraxmaz. Gah Qərbin, gah Avropanın, gah da Rusiyanın qarşısında sifətdən-sifətə düşən, dondan-dona girən Ermənistan hakimiyyəti avropalıların da, rusların da çəkmələrini tumarlamaqdan, yalamaqdan başqa heç bir reaksiya vermək iqtidarında deyil. Ona görə ki, Ermənistan adlı bir dövlət heç də müstəqil deyil və onların hər birindən, özü də hətta, ayrı-ayrılıqda asılı vəziyyətdədir. Həm də ona görə ki, istər Qərbin, Avropanın, istərsə də Rusiyanın qarşısında analoji addım atmaq, Ermənistan üçün dərhal çöküş və məhv olma, siyasi baxımdan tarixin zibilliyinə atılma, dünya xəritəsindən silinmə deməkdir. Ermənistan mətbatı da, erməni cəmiyyəti də qalib ölkəni müzakirə etməkdənsə, bu barədə, sadalanan vəziyyətləri barədə diskusiya etsə, polemikalar aparsa daha yaxşı, onlar üçün daha mənalı olar. Hər halda mənasız bir təskinlik üçün əldən-ayaqdan getməkdənsə, reallıqları görmək, dəyərləndirmək, buna uyğun şəkildə də davranmaq daha məqsədəuyğun hesab edilməlidir. Yox əgər erməni cəmiyyətinin bundan sonra da Azərbaycan barəsində ədalətsiz, haqsız, heç bir əsası, təsiri belə olmayan qərarlardan, bəyanatlardan təskinlik tapmaqdan başqa çarəsi, gücü, potensialı, imlanı yoxdursa, başqa məsələ. Sülh təşəbbüsünün və haylar üçün qurtuluşun ortada olduğu bir vaxtda haylar həqiqətən də düzgün yol, vəziyyətdən çıxış yolu tapa bilmirlərsə, qoy elə heç bir icra mexanizmi olmayan AŞPA tərəfindən Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin ratifkasiysınadan imtina edilməsi kimi hallar Ermənistan üçün təskinlik olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB