“Əli Kərimlinin "əldəqayırma blogerlər”dən heç bir fərqi yoxdur” - POLİTOLOQ BÜTÜN GİZLİNLƏRİ AÇDI
“Əli Kərimli yenə öz ampulasındadır. Hazırda onun alçaltmaq istədiyi şəxslərdən ikisi uzun müddət onun müavini olub. İstər Fazil Mustafa, istərsə də Qüdrət Həsənquliyev parlamentdə olduğu müddətdə xaricə yox, Azərbaycan dövlətinin maraqlarına xidmət etdiklərini göstəriblər. Bəzi zamanlarda fikirlərimiz toqquşsa da adıçəkilən hər iki şəxs Əli Kərimlidən dəfələrlə şəxsiyyətli adamlardır. Əli Kərimli başqalarında günah axtarana qədər, özünün nəyə qadir olduğuna baxsın. Onun bəyənmədiklərindən fərqli olaraq, Əli Kərimli Bayıl türməsinə cəmi 13 gün dözə bildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, ölkə başçısı İlham Əliyev bütöv bir erməni mafiyasına qalib gəldi, Azərbaycanda separatizmə son qoydu və Qarabağı aldı: “Bununla da Əli Kərimlinin çörəyi kəsildi. Çünki o hücumlarını məhz bu məsələ üzərindən qururdu. Əli Kərimli düzlükdən danışdıqda, Marqaret Tetçerin Elçibəyə gətirdiyi və Əli Kərimliyə etibar olunan pulların taleyi barədə soruşmaq lazımdır. Hansı ki, həmin pulun 13 milyonu yoxa çıxmışdı. Niyə Əli Kərimliyə görə Xalq Cəbhəsi dağıldı? Əli Kərimlinin o vaxtı mənimsədiyi milyonlarla dollar indiki ilə müqayisədə Səlim Müslümovun adına çıxan puldan dəfələrlə çox idi. Yəni, ölkəmizin ən ağır vaxtında Azərbaycana xəyanət edən də məhz Əli Kərimli olub.
Səlim Müslümov isə ətrafındakılara inanmışdı və o da Xalq Cəbhəsindən ora gəlmişdi. Cəbhəçilərin bəziləri elə əvvəldən bu mərəzə tutulublar, müqayisə isə uğursuzdur. Biri var xaricdən pul alıb Azərbaycanın əleyhinə işləyəsən, biri də var ki, dövlətimizin daxilində etibar edilən adamlar sənə xəyanət etsinlər. Bunlar biri-birindən tamamilə fərqli məsələlərdir. Əli Kərimlinin şedevrlərinə qalsa, keçmişdə lazımsız şəkildə gördüyü işlərə baxsın. Yəni, Əli Kərimlinin danışmağa üzü var?
Əli Kərimli ilə bağlı yetərli qədər kriminal məsələlər var. Buna görə də başqalarında günah axtaracağına, üç uşağının Londonda hansı vəsait hesabına yaşadığına baxsın. Hansı ki, London dünyanın ən bahalı şəhərləri siyahısında ilk beşliyə daxildir. Əli Kərimli oğlunun gəlib Azərbaycanda əsgərliyə getmədiyi halda milli ruhdan, vətənpərvərlikdən danışması yersizdir. Əli Kərimli özündə çatışmayan məsələləri çox gündəmə gətirir. Əli Kərimli Azərbaycana məxsus deyil, xaricdəki “əldəqayırma blogerlər”dən onun heç bir fərqi yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB