Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə XİN-in X sosial şəbəkəsindəki səhifəsində deyilir.
Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.
Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB