"Azərbaycan hökuməti maksimum çalışır ki, “Böyük Qayıdış” daha sürətlə getsin" - DEPUTAT BİLDİRDİ
“Azad edilən ərazilərə qayıdış artıq başlayıb, məskunlaşma prosesi gedir. Laçının Zabux, Sus kəndlərinə məskunlaşma aparılıb”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Onun sözlərinə görə, hər şeydən əvvəl təbii ki, ən strateji rayon olan Laçına məskunlaşdırma keçirilməlidir: “Bu il artıq Kəlbəcərə köç prosesi başlayacaq. Füzuli və Cəbrayıl rayonuna köç prosesi hazırda davam edir. İmkan yaradıldıqca digər rayonlara da qayıdış baş tutacaq. Azərbaycan Prezidenti çox açıq və şəffaf şəkildə ictimaiyyətə bildirib ki, “Azad edilən ərazilərdə infrastruktur yaradıldıqca, evlər tikildikcə, məşğulluq səviyyəsinin artırılması istiqamətində işlər görüldükcə məskunlaşma prosesi aparılacaq”.
Deputat bildirib ki, Azərbaycan hökuməti maksimum çalışır ki, “Böyük Qayıdış” daha sürətlə getsin: “Relyefi, çətin dağlıq şəraiti, qış mövsümünü, nəzərə aldıqda hesab edirəm ki, proses öz axarında gedir. Gələcəkdə də daha sürətləndiriləcəkdir. Xalqımız da müsbət, anlayışla qarşılayır ki, 30 illik işğaldan sonra bu 1-2 ilin işi deyil. Bu baxımdan demək olar ki, proses normal gedir. Yaxın gələcəkdə biz digər rayonlarımızda da məskunlaşmanın şahidi olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB