“20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

“20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsinin və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə müharibə veteranları, qazilərin, şəhid övladları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilir.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, qazilər, şəhid övladları, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin balaca aktyorları iştirak edir.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva giriş nitqi ilə çıxış etdi. O, bildirdi ki, bu gün biz tam qətiyyətlə deyə bilərik ki, siz xoşbəxt bir nəslin nümayəndələrisiz: "Çünki sizin taleyinizə 3 möcüzəni öz gözlərimizlə görmək və yaşamaq nəsib olub. Bu möcüzələrdən biri - 44 günlük Vətən müharibəsi, ikincisi - 2023-cü ilin sentyabrındakı 1 günlük antiterror əməliyyatı, üçüncüsü isə - Xankəndidə Azərbaycan bayrağının dalğalanmasıdır. Bu möcüzələri yaradan isə Prezident, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev və Onun sərkərdəliyi ilə Azərbacan ordusudur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə