“Ölkə Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi hər şeydən öncə Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı səmimi mübarizə aparan dövlətlərdən olduğunun göstəricisidir. Azərbaycan hər zaman ətraf mühitin mühafizə olunması, iqlim dəyişmələrinə qarşı təşəbbüslərlə çıxış edib, hər zaman praktiki addımlar atıb. Ölkəmiz bu istiqamətdə örnək bir dövlətdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, hazırda ölkəmizdə fəal şəkildə bərpa olunan enerji mənbələrinə keçid istiqamətində işlər həyata keçirilir: “Azərbaycan bərpa olunan enerji mənbələrindən əldə edilən enerji ixracı istiqamətində də əməkdaşlıq qurur. Bunun özü o perspektivdən xəbər verir ki, Azərbaycan yaşıl enerji sahəsini bundan sonra dinamik formada inkişaf etdirəcək.
Ölkə Prezidenti tərəfindən Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetləri təsdiq edib. Orada ifadə olunan 5 prioritetdən biri də ətraf mühitin mühafizəsi, yaşıl enerjinin inkişaf etdirilməsi ilə bağlıdır. Bunun özü bir daha Azərbaycanın iradəsinin göstəricisidir ki, ölkəmiz ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində konsepsiya əsaslı fəaliyyət həyata keçirmək iradəsindədir.
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ilinin elan edilməsi Azərbaycanın, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində daha səmərəli fəaliyyət göstərəcək. Bu il COP29-un ölkəmizdə keçirilməsi də Azərbaycanın bu istiqamətdə atdığı addımlara beynəlxalq dəstək baxımından çox əhəmiyyətli olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB