Bələdiyyə seçkiləri ilə bağlı qanunvericiliyi təkmilləşdirməliyik - DEPUTAT

Bələdiyyə seçkiləri ilə bağlı qanunvericiliyi təkmilləşdirməliyik - DEPUTAT

2024-cü ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Həmin seçkilərlə bağlı mövcud qanunvericiliyi təkmilləşdirməliyik.

SİA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yanvarın 16-da komitənin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deyib.

Bələdiyyələrin sayının, tərkibi məsələlərinin ictimaiyyət tərəfindən geniş müzakirə olunduğunu diqqətə çatdıran komitə sədri əlavə edib: “Qanunvericiliyi təkmilləşdirməliyik ki, bələdiyyə seçkilərini də yüksək səviyyədə keçirək. Bu baxımdan 2024–cü ilin yaz sessiyası bizim üçün gərgin bir sessiya olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə