Paytaxtın Baş planının təqdimatı keçirilir - YENİLƏNİR - FOTOLAR

Paytaxtın Baş planının təqdimatı keçirilir - YENİLƏNİR - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilir. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərləri, Nazirlər Kabinetinin şöbə müdiri, Milli Məclisin deputatları, elm, şəhərsalma və memarlıq sahələri üzrə mütəxəssislər, tanınmış ictimai xadimlər, QHT nümayəndəəri, paytaxt qəsəbələrinin və KİV-in nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçılarını salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dekabr ayının 30-da Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair konseptual xarakterli Baş planı təsdiq edilib. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə hazırlanan Baş plan bütün müasir tələblərə cavab verir və şəhərin inkişafinin ümumi strategiyası kimi qəbul olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə