“Xankəndi, Xocalıda bayrağımızın qaldırılması tarixi zəfərin zirvəsidir” - DEPUTAT ŞƏRH ETDİ
“Ölkə başçısı İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibə bir çox cəhətlərdən qiymətlidir. İstər Azərbaycan xalqı, istərsə də dünya ictmaiyyəti üçün müsahibə böyük önəm kəsb edir və bir çox mesajlarla diqqəti cəlb edir. Cənab Prezident son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldı. Son 3 il ərzində baş verən tarixi hadisələr, torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin bərpa edilməsi kimi tarixi məsələlərə siyasi qiymət verildi, qarşıda duran vəzifələr xarakterizə olundu. Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, nəqliyyat yollarının açılması, bölgədə və dünyada gedən proseslər, Azərbaycanın qarşıdakı perespektivləri xarakterizə olundu. Ölkə başçısı müsahibə zamanı həm də Azərbaycanın artıq böyük bir tarixi dövrü geridə qoyduğunu, yəni qarşıya qoyulan, ən böyük məqsəd olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi məsələsinin artıq Azərbaycan tərəfindən uğurla həll olunduğunu qeyd etdi. Ərazi bütövlüyümüz və suverenliyimizin təmin olunması böyük bir hadisə kimi qiymətləndirildi və Xankəndi, Xocalıda bayrağımızın qaldırılmasını isə ölkə başçısı tarixi zəfərin zirvəsi kimi xarakterizə etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev qarşıda yeni bir tarixi mərhələnin açıldığını bildirdi: “Müstəqilliyini əldə edib, suverenliyini bərpa edən Azərbaycanın qarşısında duran yeni vəzifələr, planlar və hədəflər barədə də müsahibə zamanı danışıldı. Cənab Prezident yeni dönəmin başlaması ilə əlaqədar olaraq, növbədənkənar prezident seçkilərinin təyin edilməsinin məntiqi olduğunu bildirdi. Çünki qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yenidən xalqın mandatını almaq, dəstəyini qazanmaq və Azərbaycan xalqı ilə birlikdə bu hədəfləri dəf etmək və yeni nailiyyətlər əldə etmək vacibdir. Bizim əsas hədəfimiz bölgədə sülhün təmin olunması, torpaqlarımızın azad edilməsindən sonra yeni yol xəritəsinin cızılmasıdır. Artıq bölgədə sülhün, əməkdaşlığın, tərəqqənin təmin olunması Azərbaycanın nüfuzunun dünyada daha da qaldırılması üçün vacib işlərin görülməsidir.
Şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanılması yeni yolun ilk addımı, birinci pilləsi olmalıdır. Bununla əlaqədar olaraq dövlət başçısı İlham Əliyev fikrini bildirdi ki, artıq biz 10 noyabr bəyanatında da sülhə addımların atılmasının vacibliyini qeyd etmişik, bundan sonrakı dövrdə isə məsuliyyət Ermənistanın üzərində qalıb. Çünki nə Ermənistan, nə də Minsk qrupunun sözçüsü sülhlə bağlı indiyə qədər təklif verməyib. Sülhlə bağlı hər zaman təklif verən Azərbaycan olub, Ermənistan tərəfi isə müxtəlif bəhanələrlə bu təkliflərdən yayınmağa çalışıb. Şübhəsiz ki, Ermənistanın sülhdən başqa yolu yoxdur. Danışıqların yaxın zamanda sülhlə nəticələnəcəyini gözləyirik. Əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ermənistan da dərk edir ki, məsələdə başqa bir alternativləri yoxdur. Lakin bu məsələdə də siyasi qərar qəbul etmək iqtidarında deyillər. Çünki Ermənistanın lideri zəifdir və iqtidar xarici qüvvələrin təsiri altındadır.
Prezident İlham Əliyev Azərbaycanın bütün proseslərdə fəal iştirakını, bölgənin titul dövləti olaraq bölgəni idarə edən dövlət olduğunu bildirdi. Şübhəsiz ki, niyyətimiz dünya dövlətləri içərisində Azərbaycanın nüfuzunun daha da artmasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB