“ABŞ-nin rəsmi dairələrinin yersiz yanaşması anlaşılan deyil” - ŞƏRH EDİLDİ

“ABŞ-nin rəsmi dairələrinin yersiz yanaşması anlaşılan deyil” - ŞƏRH EDİLDİ

“ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı səsləndirdiyi fikirlərin heç bir əsası və mənası yoxdur. ABŞ-də müxtəlif təsisatlar, dövlət təşkilatlarının formalaşdırıb, tərtib etdikləri hesabatlar hər zaman siyasi məqsədlərə qulluq edir. İlk dəfə deyil ki, ABŞ-də Azərbaycana qarşı bu cür mənfi gedişlərə üstünlük verirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Azərbaycanda dini azadlıqlar baxımından tam şəffaf vəziyyət formalaşıb: “Ölkəmizdə multikultural dəyərlər, tolerantlıq heç bir şübhə doğurmur. Tolerantlıq Azərbaycan cəmiyyətinə tarixən xas olan bir xüsusiyyətdir. Azərbaycanın çoxmillətli olması da hər zaman ərazilərimizin sakitliyindən xəbər verib. Bu səbəbdən də insanlar çətinliklərdən baş götürüb, qaçdıqda biz tərəfə üz tuturlar. Bir qayda olaraq da gələnlərin hamısına yerli əhali və dövlət hər zaman qucaq açıb, qayğı göstərib.

ABŞ-nin rəsmi dairələrinin yersiz yanaşması anlaşılan deyil. Azərbaycanda 50-dən çox millətin nümayəndəsi yaşayır. Elə xristian icmaları var ki, onlar heç Qərbdə dəstəklənmir, amma Azərbaycanda sərbəst şəkildə öz həyatlarını davam etdirirlər. Odur ki, ABŞ-nin hesabatı siyasi tonda tərtib edilib və ölkəmizə açıq şəkildə böhtan atırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə