“Amerikanın gözü Azərbaycan reallıqlarını görmür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Amerikanın gözü Azərbaycan reallıqlarını görmür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“ABŞ Dövlət Departamentinin dünya dövlətlərinin dini azadlıqları ilə bağlı illik hesabatı bir dövlətin dünya ağalığı istəyindən başqa bir şey deyil. Hesab edirəm ki, Qərb dövlətlərinin, xüsusilə də ABŞ-nin İslamafobiya siyasətinə qarşılıq olaraq türk birliklərində və İslam Əməkdaşlıq Təşkilatında bu cür mərkəzlər açılmalı və hesabatlar hazırlanmalıdır: “Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, bəlkə də dünyanın ən tolerant ölkəsi olan Azərbaycana qarşı bu cür əsassız iddiaların irəli sürülməsi, qərəzli mövqe sərgilənməsi cavabsız qalmamalıdır: “Azərbaycanda kilsə, sinaqoq və məscidlər yan-yana fəaliyyət göstərir. Bütün milli və dini azlıqlar birgə və sərbəst yaşayırlar. Hətta müəyyən dövrlərdə bəzi ölkələr bu cür azlıqlardan istifadə edərək, qarşıdurma yaratmaq istəsələr belə, buna nail ola bilmədilər. Amerikanın isə təəssüf ki, Azərbaycan reallıqlarını gözü görmür. Biz isə onların qərəzli və əsassız fikirlərini qəbul etmirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə