“Xalqımızın yeganə inam yeri məhz dövlət başçısının açıqlamalarıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Xalqımızın yeganə inam yeri məhz dövlət başçısının açıqlamalarıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Dünən cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demək olar ki, 20 illik fəalliyyətinin icmalını təqdim etdi. Əslində Azərbaycan xalqını da maraqlandıran bütün sualların cavabı məhz ölkə başçısının çıxışında öz cavabını tapdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: “Xüsusilə bəzən elə məqamlar olur ki, xalq arasında çaşqınlıq yaratmaq istəyən qüvvələr bundan istifadə etməyə cəhd göstərir. Buna misal olaraq, deyə bilərəm ki, Xankəndidə Azərbaycan bayrağı qaldırıldıqdan sonra xalqı Qarabağın bundan sonrakı taleyi barədə mənfi düşüncələrlə narahatetmə cəhdləri də müşahidə olunurdu. Həmçinin, növbədənkənar prezident seçkilərinin səbəbləri niyə məhz bu addımın hansı zərurətdən yaranması izah olunmur kimi tezislərlə Azərbaycan cəmiyyətində çaşqınlıqların yaranmasına çox cəhdlər olundu, lakin xalq bütün reallıqları ölkə başçısından eşitdi. Mən deyərdim ki, xalqımızın yeganə inam yeri məhz dövlət başçısının açıqlamalarıdır. Cəmiyyətimiz, vətəndaşımız da bugünkü uğurların bir növ səbəbkarıdır. Çünki Azərbaycan xalqı öz liderini zamanında düzgün seçdi, İlham Əliyevə - bütün qələbələrin memarına inandı, bununla da Azərbaycan dövlətinin gələcəyi etibarlı şəxsə təhvil verildi.

Ölkə başçısının da qeyd etdiyi kimi xalq 2003-cü ildəki inamıyla, seçimiylə müstəqil tariximizin ən həlledici məqamını düzgün dəyərləndirdi. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə