“Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib - YENİLƏNİR 2- FOTOLAR

Yanvarın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan İlahiyyat İnstitutunun rəhbər şəxsləri, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsi və ictimaiyyətin nümayəndələri, eləcə də respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov açılış nitqi ilə çıxış edib.

Ardınca Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Fuad Nurullayev, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, Azərbaycan Katolik Kilsəsinin arxiyepiskopu Vladimir Fekete, Bakı Şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının ravvini Şneor Seqal, Gürcü Yəhudiləri Dini icmasının sədri Zamir İsayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli, “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə