Ötən il 109 yeni investisiya layihəsinə baxaraq müvafiq təhlillər aparıb

Ötən il 109 yeni investisiya layihəsinə baxaraq müvafiq təhlillər aparıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) 2023-cü il ərzində 109 yeni investisiya layihəsinə baxaraq müvafiq təhlillər aparıb. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, keçən il ümumi investisiya dəyəri 560 milyon manat təşkil edən 8 layihə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Sözügedən layihələrdə AİŞ-in iştirak payı 42 milyon manat məbləğində nəzərdə tutulub. Layihələrin icrası nəticəsində yeni istehsal sahələrinin yaradılması və 600-dək nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

Hazırda AİŞ xarici və yerli tərəfdaşlarla birlikdə müxtəlif sektorları əhatə edən ümumi investisiya dəyəri 2,7 milyard dollara yaxın təşkil edən 24 layihənin təhlilini aparılır. Bu layihələr müxtəlif sənaye sahələrini o cümlədən, yaşıl və alternativ enerji, qida sənayesi, əczaçılıq, kimya sahələrini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə