Akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB