ABŞ-ın Ermənistanı münaqişə ocağına cevirməsində GİZLİ NİYYƏTLƏR - TƏHLİL
Ermənistanda ordunun döyüş qabiliyyətinin ciddi şəkildə artırılacağı barədə son günlər erməni cəmiyyətində fikirlər səsləndirilir. Müdafiə naziri Suren Papikyan özü də bu barədə, yəni ordunun döyüş qabiliyyətinin artırılacağı barədə açıqlayıb. Bütün bunlar, yəni ordu ilə, onun gücləndirilməsi ilə bağlı deyilənlər heç şübhəsiz ki, təsadüfi deyil və görünür, Amerika Birləşmiş Ştatlarının Ermənistanda Çavuş Korpusunun inkişafına, formalaşdırılmasına, təşkilinə dəstək verməsi erməni cəmiyyəti üçün cəlbedici görünüb.
Diqqətə çatdıraq ki, ABŞ-ın Avropa Komandanlığının mayoru Robert Aberneti məhz Ermənistan Silahlı Qüvvələrinin Çavuş Korpusunun hazırlanması üçün İrəvanda olub. Bu barədə ABŞ-ın Avropa Komandanlığı da məlumat yayıb və belə bir məlumatı açıq şəkildə yayması da müəyyən məqamlardan xəbər verir. “Amerika Birləşmiş Ştatları Ermənistanda Çavuş Korpusunun inkişafına, formalaşdırılmasına və təşkilinə dəstək verir”, - deyə ABŞ-ın Avropa Komandanlığının məlumat yayması heç də təsadüfi sayıla bilməz. Görünür, ABŞ regionda hansısa niyyətlərinin olduğunu gizlətmək belə istəmir və açıq şəkildə etiraf belə etməkdən çəkinmir. “Bu yaxınlarda ABŞ-ın Avropa Komandanlığının mayoru Robert Aberneti Ermənistan Silahlı Qüvvələrinin Çavuş Korpusunun hazırlanması üçün İrəvanda olub. Gələcək üçün daha güclü tərəfdaşlıq qurulur”, - deyə məlumatda bildirilir və qeyd olunanlar istənilən halda, Vaşinqtonun məhz Cənubi Qafqazla bağlı hansısa planlar qurduğunu, hansısa niyyətlərinin olduğunu isbatlayır.
Maraqlıdır, ordunun döyüş qabiliyyətinin ciddi şəkildə artırılması Ermənistanın indiki məqamda nəyinə lazımdır? Sülh təşəbbüsünün ortada olduğu bir məqamda, sülhə doğru addımlar atıldığı bir anda və heç zaman olmadığı qədər sülhün daha yaxın olduğu bir zamanda ordunun döyüş qabiliyyətinin ciddi şəkildə artırılmasında Ermənistan niyə maraqlı olmalıdır? Bütün bunlar nədən xəbər verir? Ümumiyyətlə, planlar nədən ibarət ola bilər və nəticəsi nə vəd edir? Sözüz ki, suallar məntiqidir və istənilən halda, təkcə bizim üçün deyil, ümumilikdə region ölkələri üçün də olduqca maraqlı hesab olunur. Çünki ABŞ-ın hərbi əməkdaşlıq, Çavuş Korpusunun inkişafına, formalaşdırılmasına və təşkilinə dəstək vermək adı altında Ermənistanı münaqişə ocağına çevirməsi ilə bağlı gizli niyyətləri region ölkələri üçün də nəzərə alınmayacaq məqam sayıla bilməz.
Sözsüz ki, bu məqamda, hazırkı dönəmdə, yəni, sülh təşəbbüsünün ortada olduğu bir zamanda Ermənistana heç də ordunun döyüş qabiliyyətinin ciddi şəkildə artırılması yox, danışıqlar prosesinin ciddi şəkildə intensivləşdirilməsi vacibdir. Sülh prosesi ilə bağlı məsələlərin müzakirəsi, qərarların qəbul edilməsi bu gün rəsmi İrəvanın qarşısında duran ən vacib məsələ olmalıdır. İndi bütövlükdə erməni cəmiyyəti bilməlidir ki, sülh daha çox Ermənistana lazımdır. Bilməlidir ki, sülh olmadan Ermənistan heç nəyə nail ola bilməz. Bu baxımdan, artıq ermənilər fərqində olmalıdırlar ki, sülhün imzalanması Azərbaycandan çox Ermənistanın özünə lazımdır. Belə olan halda, erməni cəmiyyəti ordunun döyüş qabiliyyətinin ciddi şəkildə artırılmasına qətiyyən maraq göstərməməlidir. Əgər maraq göstərirsə, deməli, erməni cəmiyyəti, Ermənistan hakimiyyəti hadisələrdən, başlarına gələn fəlakətlərdən hələ də doğru, düzgün nəticə çıxara bilməyib və hansısa qüvvələrin oyunlarına bundan sonra da alət olmaqla, həmin ölkəni münaqişə ocağına çevirməkdə, özləri üçün növbəti fəlakətə də rəvac verməkdədir.
Doğrudur, Ermənistan və eləcə də həmin ölkənin ordusu əvvəllər də Amerika Birləşmiş Ştatları ilə müəyyən proqramlar çərçivəsində əməkdaşlıq edib. Bu, heç də sirr deyil. O da sirr deyil ki, heç də bu əməkdaşlıq nə Ermənistanın ordusuna xüsusi döyüş qabiliyyəti qazandırmayıb, nə də ordunun döyüş qabiliyyətinin ciddi şəkildə artmasına səbəb olmayıb. Bir sözlə, ABŞ-la hansısa proqramlar çərçivəsində əməkdaşlıq etməklə, Ermənistanın ordusu nə isə əldə etməyib və bu dəfə də, bundan sonra da hansısa əməkdaşlıq, eləcə də Amerika Birləşmiş Ştatlarının Ermənistanda Çavuş Korpusunun inkişafına, formalaşdırılmasına və təşkilinə dəstək verməsi ermənilər üçün nəyi isə dəyişən deyil. Amma nədənsə, bu vaxta qədər olan və heç bir mahiyyəti olmayan əməkdaşlığın daha da genişləndirilməsi indi ortaya atılıb. Hətta bu zamana qədər olan bəzi proqramlar çərçivəsindəki əməkdaşlıq indi ordunun döyüş qabiliyyətinin ciddi şəkildə artırılması ilə bağlı əməkdaşlıq üçün bir bəhanə olaraq qəbul edilməkdədir.
Bilirik ki, son zamanlar Ermənistanın Hindistandan da silah-sursat alması barədə məlumatlar həmin ölkənin mətbuat səhifələrinin özündə belə qeyd olunur. İnanmaq olmur ki, ermənilər Hindistandan aldıqları yarasız silahlarla nə isə əldə etdikləri qənaətində ola bilərlər. Çünki baş nazir Nikol Paşinyandan tutmuş sıravi erməniyə qədər hər bir Ermənistan vətəndaşı başa düşməlidir ki, ölkənin boş olan arsenalını bir neçə silahla doldurmaq mümkünsüzdür. Artıq ermənilər başa düşməlidirlər ki, onların bir ölkədən hansısa hərbi texnika, silah-sursat alması, eləcə də indi Amerika Birləşmiş Ştatlarının Ermənistanda Çavuş Korpusunun inkişafına, eləcə də formalaşdırılmasına və təşkilinə dəstək verməsi Ermənistanın hərbi potensialının artması demək deyil. Bütün bunlar, yəni, silah alışından tutmuş hərbi əməkdaşlığa qədər heç nə Ermənistan üçün müsbət nəticə vəd etmir. Əksinə, sülh prosesini ləngidir və həmin ölkəni çətin durumdan çıxmağa qoymur.
Dəfələrlə qeyd olunub ki, istər Fransanın Ermənistana silah göndərməsi, istər ABŞ-ın hərbi əməkdaşlığı, istərsə də Qərb tərəfindən göstərilən hər hansı dəstək İrəvanın maraqları naminə olmayıb. Ermənistana olan istənilən dəstək məhz həmin dəstəyi göstərənlərin öz maraqları üçün hesablanıb. Heç zaman ermənilərin maraqları müzakirə mövzusu belə ola bilməz. Qərb hər zaman Ermənistandan bir alət olaraq istifadə edib və görünür, bunu artıq ənənə olaraq qəbul edib. Məhz elə bu fonda indi də Ermənistanın maraqlarından söhbət gedə bilməz. Çünki Amerika Birləşmiş Ştatları Ermənistanda Çavuş Korpusunun inkişafına, formalaşdırılmasına və təşkilinə dəstək vermək adı ilə Cənubi Qafqazda özünə “yer etmək” niyyətindədir. Nəzərə almaq lazımdır ki, Ermənistan ərazisində yerləşən ən böyük diplomatik korpus da məhz ABŞ-a məxsusdur və məhz bu, diqqəti çəkən məqamdır. Həmin o diqqəti çəkən məqam ondan ibarətdir ki, məzh Ermənistandan istifadə edərək, həmin ölkəni münaqişə ocağına çevirərək, rəsmi İrəvan alət edilərək, Cənubi Qafqazla bağlı planlar işə salınır.
Qərbin Rusiya ilə bağlı niyyətinin nədən ibarət olduğu bəllidir. Bəllidir ki, Rusiyanın sıxışdırılıb “meydandan” çıxarılması Qərb üçün ən maraqlı məsələ hesab olunur. Ukraynanı qızışdıran, bununla da Rusiyanı hədəfə alan Qərb üçün Ermənistanı “oynatmaq” heç də çətin deyil, əksinə, daha asandır. Onsuz da Ermənistan hakimiyyətinin, eləcə də erməni cəmiyyətinin Rusiya əleyhinə məsuliyyətsiz fikirlər səsləndirməsi, bunun da artıq rəsmi Moskvanın diqqətini cəlb etməsi göz önündədir. O da sirr deyil ki, qızışdıran və təhrik edən də məhz Qərb özüdür. Əbəs yerə deyil ki, Rusiya rəsmiləri artıq bununla bağlı fikirlərini də gizlətmirlər və Ermənistana müvafiq ciddi mesajlar da verirlər. Deməli, Qərb artıq Ermənistanı çoxdan alət edə bilib və bu, belə də qəbul olunur. Üstəlik, indi Ermənistanın baş naziri olan Nikol Paşinyan da məhz onların layihəsi olaraq ələ keçirdiyi öz hakimiyyətinə görə Qərb qarşısında özünü borclu hesab edir və bu baxımdan ABŞ çox rahatlıqla Ermənistanı ələ aldığı, ondan istifadə edəcəyi qənaətindədir. Bütün əməkdaşlıqlar da, dəstək də, yardım da və bu kimi nə varsa hamısı Ermənistanı alət olaraq istifadə etmək və bununla da strateji əhəmiyyətə malik olan Cənubi Qafqazda özünə “yer etmək”, beləliklə də, məhz Rusiyaya qarşı hərəkət etmək üçün müəyyən imkanlar qazanmaq niyyətilədir.
İlk baxışdan hərbi əməkdaşlıq kimi görünən həmin o, Amerika Birləşmiş Ştatlarının Ermənistanda Çavuş Korpusunun inkişafına, formalaşdırılmasına və təşkilinə dəstəyi, əslində, Ermənistan və Rusiya arasındakı hərbi müqavilələrin, köhnədən olan əməkdaşlıqların aradan qaldırılmasına hesablanıb. İndi Ermənistanda, Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması ilə bağlı müzakirələrin intensivləşməsi də bu baxımdan başadüşüləndir. Deməli, erməniləri qızışdırmaq, onları ruslara qarşı qoymaq, bununla da Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxararaq, regionda mövqe əldə etmək planı artıq göz önündədir. Rəsmi Moskvanı prsoslərdən kənarda qoymaq, həmin yeri tutmaq istəyi də çoxdan bəlli idi və Rusiyanın təşkili ilə keçirilən üçtərəfli danışıqların hər birinin ardınca Qərbin də “canfəşanlıq” etməsi deyilənləri təsdiq edir. Artıq haqqında qeyd olunan 102-ci baza ilə bağlı məsələnin gündəmə gəldiyi zamanda ABŞ tərəfinin belə bir hərbi əməkdaşlıq meyillərinin nəyə hesablandığı da gün kimi aydın olur. Aydın olur ki, belə hərbi əməkdaşlıqlarla, bir mayorun İrəvanda təlimlər keçirməsi ilə Ermənistan tərəfinin ordusunun potensialının gücləndirilməsinin mümkün olmadığını, həmin potensial üçün ən azından kifayət qədər zaman tələb olunduğunu yaxşı bilən ABŞ, indi də Ermənistanı münaqişə ocağına çevirməyi hesaba belə almadan öz gizli planlarını, niyyətlərini həyata keçirməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB