"İşğaldan azad edilmiş bütün ərazilərdə quruculuq işləri gecə-gündüz davam etdirlir" - DEPUTAT DANIŞDI

"İşğaldan azad edilmiş bütün ərazilərdə quruculuq işləri gecə-gündüz davam etdirlir" - DEPUTAT DANIŞDI

"Erməni-faşist birləşmələri 1990-cı illərin əvvəllərində təkcə Azərbaycan torpaqlarını işğal etmədilər, bu torpaqları yerlə-yeksan etdilər. Həmin ərazilərin dini, tarixi abidələri, məktəbləri və yaşayış binaları tamamilə dağıdıldı. Bununla da düşmən əhalinin gözünü qorxudaraq, onların bir də qayıtmaması üçün ən qəddar üsullarından istifadə etdilər. Amma düşmən yanıldı, anlamadılar ki, bir zaman düşmən bu torpaqların sahibi olsaydılar, darmadağın etməzdilər fikirləri və sualları ilə qarşılaşacaqlar. Təbii ki, 44 günlük Vətən müharibəsi nəticəsində düşmən darmadağın edildi və Azərbaycan torpaqları azad olundu. Cənab Prezident İlham Əliyev 17 il ərzində yetişdirdiyi əsgərləri ilə Şuşanı azad etdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərlə bağlı dövlət proqramları hazırlandı: "Bu gün dünya Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə heyran qalır. Dünyada çox az dövlətlərə nəsib olur ki, 30 illik işğaldan sonra torpaqlarını azad etsin və sürətli bir şəkildə torpaqlarda bərpa və yenidənqurma işləri aparsın. Görülən işlər Azərbaycan dövlət başçısının iradəsi və dövlətimizin gücü sayəsində baş tutur. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş bütün ərazilərdə quruculuq işləri gecə-gündüz davam edir.

2024-cü ilin fevral ayında Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək və dünənə qədər məcburi köçkün olan insanların da bir hissəsi seçkilərdə iştirak edəcək. Bütün bunlar göstərir ki, Azərbaycan xalqı zəhmətkeş, qəhrəman xalqdır. 2023-cü il dekabrın 31-də dövlət başçısı xalqa müraciəti zamanı da bu məsələlərə toxundu. Bir daha qeyd olundu ki, qarşıya qoyulmuş planlar uğurla davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərimizdə 2024-cü ildə bərpa və yenidənqurma işləri daha sürətli şəkildə davam edəcək".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə