"İrandakı terrorun düyməsi London yaxud ABŞ-dən basılıb" - ŞƏRH EDİLDİ

"İrandakı terrorun düyməsi London yaxud ABŞ-dən basılıb" - ŞƏRH EDİLDİ

“İranda baş verən terror hadisəsinin gerçəkləşməsi də müəmmadır, həbslər də. Çünki bu terror hadisəsində rəsmi qaynaqlara görə 89, qeyri-rəsmi məlumatlara görə 103 nəfərin öldüyü, 200-ə yaxın insanın yaralandığı bildirilir. Bu, miqyasına görə olduqca böyük bir terror hadisəsidir”. Bu barədə SİA-ya açıqlamasında Turan partiyasının sədri Cahandar Bayoğlu deyib.

Onun sözlərinə görə, hadisə 2 partlayışla gerçəkləşdirilib: “Birinci partlayışdan sonra hər kəs yaralılara köməyə qaçdığı zaman yenidən bir partlayış olub. Bu bəlkə də miqyasına görə son illərin ən böyük terrorudur. Terrorun gerçəkləşməsində İran kəşfiyyat orqanlarının əli olduğu bildirilir. Tehran fars faşizmi əgər terror aktını gerçəkləşdirən gücləri tapmaq istəyirsə öz içərisində yerləşən, hakimiyyət strukturları arasında olduqca güclü olan qüvvələri araşdırmalıdır. Bu terror hadisəsi parametrləri və mahiyyəti ilə xarakterizə edir ki, rejimin içərisində olan güclərin iştirakı ilə gerçəkləşdirilib.

C.Bayoğlu bildirib ki, terror aktında Xameneinin adamları yaxud ona müxalif olan qüvvələr iştirak edib: “Hər halda terroru həyata keçirənlər rejimin içərisində yüksək vəzifəyə sahib insanlardır. Bugünkü İran əhalisi hadisədə Tehran fars faşizminin əli olduğunu düşünür. Burada bir həqiqət var ki, bugünkü fars rejimi özü ayrı-ayrı güclərin əlində oyuncaqdır. Fars faşizminin içərisində dünyanın böyük dövlətlərinə təsir imkanı olan güc sahiblərinin olduğunu hər kəs bilir. Terrorun düyməsinin London yaxud ABŞ-dən basılmasına baxmayaraq icraçıları İran rejiminin içərisində olan adamlardır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə