Yaxud, Vaşinqton Qarabağda ermənilərin dağıtdığı 65 məscidi niyə hesabatına salmayıb?
Dünya tarixindən az-çox xəbərdarıq. Həm sovetlərin dövründə, həm də bu günümüzdə dünya ölkələrinin tarixindən, baş verən hadisələrdən, münaqişə və müharibələrdən, onların hansı səbəbdən baş verməsindən, kimin günahkar, kimin işğalçı, kiminin də zərərçəkən olduğundan xəbər tutmaq, bilgi əldə etmək üçün kifayət qədər imkan və mənbə var. Gizli heç nə yoxdur, məsələn I Dünya müharibəsinin başlanması üçün bəhanənin nə olduğunu hər kəs, amma əsl məqsədin nə olduğunu az adam bilir. II Dünya müharibəsinin, Koreya və Vetnam müharibələrinin, İsrail-Fələstin didişməsinin, İran-İraq savaşının başlanma və bitirilmə səbəbləri də eynidir. Fərq məkan və zamandır.
Ermənilərin kimliyi, hansı dinə-məzhəbə qulluq etmələri, haradan gəldikləri və kimlərin sayəsində Cənubi Qafqazda, daha doğrusu əzəli Azərbaycan torpaqlarında məskunlaşdırılmaları barədə tarixi mənbələrdə məlumat boğaza qədərdir. Arxivləri azacıq aralamaq və yazılanları vərəqləmək kifayətdir ki, bu xəyanətkar millətin kimliyini öyrənəsən. Neçə illərdir ki, Qərb dövlətlərinə isbat etməyə çalışırıq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Onlar da sənin sözlərinə dəyər verirmiş kimi alnındakı qırışları düyünlədib özünü təəccüblənmiş adam kimi görüntüləyir, xarabasına gedən kimi sənin arxiv sənədlərinə istinadən boğazın cırıla-cırıla dediklərini bir andaca unudurlar. Əslində isə... bütün bunları törədənlər elə özləri deyilmi? Məgər Ermənistanın Azərbaycan torpaqlarından pay qoparılaraq yaradıldığını bilmirlərmi? Bilirlər, həm də it kimi.
ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat hazırlayıb. Daha doğrusu Dini Etiqad Azadlığı üzrə Dövlət Komissiyasının (USCIRF) cızma-qarasını hesabat olaraq qəbul edib. Yəni heç bir araşdırma aparmadan, sorğu keçirmədən, kimsəni danışdırmadan, sadəcə Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının məkrli, qərəzli, ədalətdən uzaq, subyektiv hesabatının üzünü köçürərək onun Dövlət Departamentinin sənədi kimi yayıb. Nəzərə alsaq ki, bu qurum eyniadlı hesabatı uzun illərdir ki, hazırlayır, onda Ermənistan ordusunun işğalı altında qalan Qarabağda dağıdılan 65 məsciddən heç olmasa birinə qarşı törədilmiş barbarlıq, vandalizm barədə həmin sənəddə niyə bir cümlə belə yazılmayıb. Bəlkə, oralarda heç dini abidələr, məscidlər, ibadət yerləri olmayıb? Yox, bu barədə demək olar ki, beynəlxalq təşkilatlara hər gün, hər ay, hər il məlumatlar göndərilib, amma reaksiya sadəcə sıfır.

Bəs səbəb nədir?
Azərbaycanın və Ermənistanın xarici siyasətində fərqlilik, müstəqillik və asılılıq, özünə güvən və başqasının ümidinə qalmaq kimi bir-birinə zidd yanaşmaların mövcudluğu bəzi dövlətlərin iki Cənubi Qafqaz ölkəsinə baxışları formalaşdırır. Azərbaycan müstəqil siyasət yürüdür, regionun lider dövlətidir, bütün layihələrin müəllifi və icraçısıdır. Qalib ölkədir, yeni reallıqların müəllifi olmaqla bərabər həm də sülhü diqtə edən tərəfdir. Sülh müqaviləsini bütün beynəlxalq sənədlərə istinadən hazırlayıb qarşı tərəfə və beynəlxalq təşkilatlara təqdim edib. Bəli, həm beynəlxalq təşkilatların, həm də regionda söz sahibi olmağa çalışan böyük aktorların silahını əlindən alıb, onları tərksilah edib. Yəni ABŞ və Avropa dövlətlərinin sülh danışıqlarında moderatorluq cəhdinə bir “quş”. Sülh sənədinə diqtə, yaxud təklif edəcəkləri heç nə yoxdur. Buna görə də onlar bunu həzm edə bilmirlər...
Əvəzində isə vassal Ermənistanı dövrəyə qoşaraq arzularına qovuşmaq istəyirlər. Bu gün Ermənistanda həm siyasi dairələr, həm də erməni cəmiyyəti sülh təkliflərini yozmaq yarışına çıxıblar. Maraqlıdır, müharibəni uduzdular, uzun onilliklər ərzində apardıqları işğalçılıq ənənəsinin, estafetinin davamını gətirə bilmədilər, amma şərt qoyurlar, Azərbaycanla eyni “çəkidə” olduqlarını hiss etdirməyə çalışırlar. Bunun mümkün olmadığını “böyük qardaş” və “bacıları” anlasalar da ermənilər buna alışa bilmirlər və nəticədə sülhə gəlməkdə çətinlik çəkirlər. Daha doğrusu 30 illik oğru, qəsbkar imicindən qurtula bilmirlər. Vaxtilə Qafan şəhərində erməni gənclərlə görüşündə Ermənistanın prezidenti, bəbək qatili Sarkisyan “gələcək nəsillərin Ağrı dağını erməni torpaqlarına qatmaq” missiyasını xatırlatmışdı. Əlbəttə, cəfəng söhbət idi, Türkiyəyə “kafa tutmağ”ın hansı nəticələrə varılacağını bilməmiş deyildi, Serjik.
Bu gün ermənilər qoşunların Ermənistan-Azərbaycan sərhədindən güzgü kimi çıxarılması təklifinin qüvvədə qaldığını israrla bildirirlər. Yəni, bu təklifə, yaxud tələbə Azərbaycanın razılaşmayacağını da bilməmiş deyillər. Ermənilərin xarici diplomatiyası da bunu belə xarakterizə edib ki, “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar zamanı erməni tərəfi həmişə qoşunların dövlətlərarası sərhəddən aynalı çıxarılması təklifi ilə çıxış edib və o, qüvvədə qalır”. Və Ermənistan XİN bu məsələ ilə bağlı müzakirələrə mümkün qədər tez başlamağa hazır olduğunu bəyan edib. Bəs sonra nə baş verə bilər? İrəvanda hesab edirlər ki, qoşunların sərhəddən çıxarılması, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında həyata keçirilməlidir. Eyni zamanda, Xarici İşlər Nazirliyi qeyd edib ki, Ermənistan üçün əsas prioritetlər iki ölkənin ərazi bütövlüyünün tanınması, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimitasiyası üzrə işlərə mümkün qədər tez başlamaqdır.
Daşnakların arzusu...
Daşnakların nümayəndəsi, “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyan bildirib ki, Ermənistan və Azərbaycan arasında imzalanması ətrafında danışıqlar gedən sənədi çətin ki, sülh müqaviləsi adlandırmaq olar. “Sizdən xahiş edirəm ki, bu sənədi “sülh müqaviləsi” adlandırmayın, çünki onun sülhə heç bir aidiyyatı yoxdur və Azərbaycan tərəfindən zor tətbiq etməklə tətbiq edilib”. Yenə ermənilərin ifasında növbəti cəfəngiyyat. Onlar hesab edirlər ki, bütün bunlar guya Azərbaycanın Ermənistana qarşı növbəti təcavüz planıdır. İşxan Saqatelyan qeyd edib ki, “sazişin mümkün imzalanması zamanı Azərbaycanın silahlı qüvvələri çox güman ki, Ermənistanın suveren ərazisində qalmağa davam edəcək, delimitasiya və demarkasiya baş verməyəcək və Artsaxın hərbi-siyasi rəhbərliyinin nümayəndələri Bakı həbsxanalarında qalacaq. Belə şəraitdə sülhdən danışmaq tamamilə yersizdir”.
Məsələ burasındadır ki, bütün ermənilərin katolikosu II Qaregin də təxribatçılıqla məşğuldur. Onun Milad xütbəsi zamanı Azərbaycan barədə dedikləri də bir din xadiminin yox, sanki quldur başçısının sözləridir. Yuxarıda ABŞ Dövlət Departamentinin Azərbaycan barədə qərəzli hesabatından yazmışıq. Azərbaycanı dini ayrıseçkilikdə günahlandıranlar II Qareginin bizim haqqımızda dediklərinə niyə diqqət etmirlər. Bu adam bizi müsəlman olaraq, azərbaycanlı olaraq ittiham edir, bizə qara yaxır. Qaregin əminliklə bildirir ki, “Azərbaycanın öhdəsindən gəlmək üçün qüvvələri birləşdirmək lazımdır. Gəlin dövlətimizi gücləndirmək üçün qeyrətli olaq. Artsax bizim üçün heç vaxt keçmişdə qalmayacaq”. Bütün bunlar nə deməkdir, bəlkə Qaregin hamını sülhə çağırır, ədalətli olmağımızı istəyir? Əlbəttə, yox. Onun istəyi yeni müharibədir, yeni soyqırımıdır.

Arsız və “Artsax”sız
Ermənistan onilliklər boyu özününkü hesab etdiyi, lakin heç vaxt tanımadığı və sonda ondan məhrum olduğu tanınmamış “dqr” olmadan yaşamağı öyrənir. Yeni reallığı 2023-cü ilin nəticəsi, hətta baş nazir Nikol Paşinyanın hakimiyyətinin nəticəsi hesab etmək düzgün deyil. Ermənistan üçün yenidən faciəli olduğu üzə çıxan 2023-cü ilin sonunda respublikanın baş naziri Nikol Paşinyan açıqlama verdi. Dekabrın 23-də jurnalist Petros Qazaryana verdiyi müsahibədə o, Qarabağ probleminin İrəvanın maraqlarına uyğun həlli şansının olmadığını bəyan edib. Hökumət başçısı bunun mümkünsüzlüyünü səbirlə və çox təfərrüatı ilə jurnalistə izah edib. Səbəblər siyahısına Ermənistanın tənhalığı da daxildir: münaqişə başlayandan bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirdi. Nikol Paşinyan bu etirafla kifayətlənməyib: “Həmişə, bizim hökumətdən tutmuş, sələflərimizə qədər, 70-80% - daha yaxşısı, faizlərə və riyazi hesablamalara getməsək - Ermənistan Respublikasının resurslarının əsas payı “Dağlıq Qarabağ problemi”nin üzərinə düşür”. Yəni o, açıq mətnlə deyib: “DQR” ölkənin iqtisadi inkişafını ləngidirdi.
Həm də təkcə iqtisadi deyil: “Ermənistan Respublikasının xarici siyasəti yox idi, Dağlıq Qarabağ siyasəti var idi, Ermənistan Respublikasının təhlükəsizlik gündəliyi yox idi, Dağlıq Qarabağ üçün təhlükəsizlik gündəliyi və s. və s.”. Qarabağ məsələsi Ermənistanda həmişə son dərəcə həssas olub. Nikol Paşinyanın bütün ölkəyə dediklərini isə erməni siyasətçiləri ucadan demirlər. Və yenə də o, birinci deyildi. Baş nazirin bəyanatları ilk prezident Levon Ter-Petrosyanın dörddə bir əsr əvvəl dediyi sözləri demək olar ki, təkrarlayırdı. Ter-Petrosyan 1998-ci il yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının iclasında deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamış vəziyyəti Ermənistanın iqtisadi inkişafına mənfi təsir göstərir”.
Daha sonra o, hökumət üzvlərini Qarabağ məsələsində Azərbaycanla tezliklə güzəştə getmək lazım olduğuna inandırmağa çalışıb. Həmin gün Ter-Petrosyanı dinləyənlər arasında gələcək iki prezident - Qarabağ sakinləri Robert Köçəryan və Serj Sarkisyan da var idi. Birincisi baş nazir, ikincisi Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tuturdu. Levon Ter-Petrosyanın arqumentləri arasında bu da var idi: “Gələcəkdə Rusiya Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində ciddi səylər göstərəcək və bu halda Ermənistan Cənubi Qafqazda yeganə müttəfiqi və strateji tərəfdaşı üstünlüyünü itirəcək”.
1998-ci ildə deyilən bu ifadə bu gün aktualdır: Moskva ilə Bakı arasında daha çox qarşılıqlı anlaşma var. Moskva ilə İrəvan arasında isə qalmaqallar daha çoxdur. 1998-ci ildə Levon Ter-Petrosyan güzəştə getmək istəyinin əvəzini ödədi. Və o, güzəştə getməyə cəsarət etdiyi üçün prezident vəzifəsindən getməyə məcbur oldu. İstefa tələb edənlər arasında Köçəryan və Sarkisyan da var. Hələ də Azərbaycan üzərində qələbəyə sevinən və heç bir güzəştə getməyə hazır olmayan cəmiyyətə çatmağa çalışan Ter-Petrosyan: “Müharibə, yoxsa sülh? Daha ciddiləşməyin vaxtıdır. Ermənistan və Qarabağ bu gün həmişəkindən daha güclüdür, lakin münaqişə həll olunmasa, bir-iki ildən sonra ölçüyəgəlməz dərəcədə zəifləyəcək. Bu gün rədd etdiyimiz şeyi gələcəkdə istəməli olacağıq, amma tariximizdə bir dəfədən çox baş verdiyi kimi almayacağıq”. Petrosyan 2020 və 2023-cü ildə baş verənləri 25 il əvvəl dəqiqliklə deyirdi.

Başqa bir Ermənistan
Əgər 1998-ci ildə Bakı ilə anlaşmağı və güzəştə getməyi təklif edən prezident getməli idisə, bu gün ölkənin müharibəni uduzduğu və onun üçün mühüm bir bölgəyə nəzarəti itirdiyi baş nazir Ermənistanı idarə etməkdə davam edir. Və hazırda bunun alternativi yoxdur. 2020-ci ildə, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Nikol Paşinyan artıq həyat qabiliyyətli siyasətçi deyilmiş kimi görünürdü. Bundan sonra başlayan etirazlar hakimiyyətə yaxşı heç nə vəd etmirdi. Lakin Paşinyan təkcə sağ qalmadı. 2021-ci ildə növbədənkənar parlament seçkilərinə getdi. Onun “Mülki Müqavilə” partiyası seçkiləri əhəmiyyətli üstünlüklə qazandı. Nikol Paşinyan yenidən ölkəyə rəhbərlik edir.
Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda ildırım sürəti ilə xüsusi əməliyyat keçirdikdən və bundan sonra tanınmamış “dqr”in qalıqları Bakının nəzarətinə keçdikdən sonra İrəvanda yenidən etiraz aksiyaları başladı. Onlar təxminən bir həftə davam etdi və hakimiyyət üçün problem olmadı.
Paşinyan günahını etiraf edir ki, hökumət əvvəllər xalqa “Dağlıq Qarabağ məsələsi ilə bağlı bizim, yəni erməni ideyalarımızı və istəklərimizi həyata keçirməyin mümkünsüzlüyündən” danışmayıb. Nikol küçə siyasətçisidir. Cəmiyyətdə özünü yaxşı hiss edir. 2008-ci ildə o, Levon Ter-Petrosyanla çiyin-çiyinə Serj Sarkisyanın prezident seçilməsinə etiraz edib. Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət buna nail ola bilmədi. Etirazların yatırılmasından sonra Nikol Paşinyan gizləndi və sonra bir müddət həbsxanada qaldı. On ildən sonra - onsuz da Ter-Petrosyansız - o, küçəyə rəhbərlik etdi və hakimiyyəti Serj Sarkisyandan aldı. 2021-ci ildə öz hakimiyyətini müdafiə etmək lazım gələndə Nikol Paşinyan yenidən “qabiliyyətini” nümayiş etdirdi. İndi erməni cəmiyyətinə DQR-in niyə məhvə məhkum edildiyini izah edir. Bəlkə də onların mövcud olmayacağını hiss edir. Ermənistan laqeyddir, döyüşmək, mitinq keçirmək istəmir. Ermənistanda zəif müxalifət var və hakimiyyəti güclü edən də əsasən budur.
Ermənilər yeni münaqişəyə getmək üçün vəsait toplayır, yoxsa sülhə getmək və bu resurslardan Ermənistanda dövlətçilik yaratmaq üçün istifadə etmək üçün? Bu həm də baş nazirin jurnalist Kazaryana verdiyi müsahibədən sitatdır. Paşinyan cəmiyyətə seçim təklif edir: yeni müharibə, yoxsa dövlətçiliyin formalaşması? Ermənistan cəmiyyətinə basqılar var, hər yerdən onları sıxırlar, xüsusən də xaricdən. Diaspor ermənilərə savaş üçün pul göndədir, sülh üçün yox. Müharibəni seçmək isə... İndi seçim vaxtıdır.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB