"31 dekabr tək təqvim dəyişməsi deyil, Azərbaycan xalqı üçün həmrəylik günüdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, hər xalqın tarixində müstəsna günlər var: "Bu gün Naxçıvanda Cənubi Azərbaycanla Şimali Azərbaycanın arasında qoyulan sərhədin bir günlük götürülməsi və xalqların həmrəylik nümayiş etdirməsi ilə yadda qalan gündür. Bu gün bir daha beynəlxalq aləmə bildirildi ki, Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı sərhəd simvolikdir. 31 dekabr günü ilə əlaqədar Azərbaycan xalqı onu da çatdırdı ki, dünyada yaşayan azərbaycanlıların harada yaşamasından asılı olmayaraq bu gün xalqın birliyinin tərənnümüdür".
Politoloq deyib: "Bizim üçün mübariz günlər çox olub. Əsas da, 44 günlük müharibə zamanı torpaqlarımızı azad etdiyimiz zaman xalqımızın birliyinin nümunəsini gördük. Azərbaycan Prezidentinin yeritdiyi siyasət nəticəsində xalqımızın bir yumruq altında əzminin nəticəsində erməni işğalçıları torpaqlarımızdan çıxarıldı. Yəni harada yaşamasından asılı olmayaraq Azərbaycan xalqının birliyi vacibdir və bu da getdikcə sürətlənir. Dünyada hər azərbaycanlı 31 dekabr gününü Həmrəylik Günü ilə bərabər qeyd edir. Bu, bizim birliyimizin bariz nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB