"Fransa Azərbaycana olan nifrətini gizlədə bilmir” - ŞƏRH EDİLDİ
“Fransanın Azərbaycana qarşı apardığı siyasət riyakarlıqdan başqa bir şey deyil. Dünyanın tanınmış, qüdrətli dövlətlərindən biri bu gün yeni müstəqillik qazanmış ölkəyə qarşı bütün sahələrdə mübarizə aparır. Hərçənd ki, Azərbaycan və Fransanın milli maraqlarının kəsişdiyi və yaxud da zidiyyət təşkil etdiyi bir məsələ yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Fransa bu gün həm beynəlxalq hüquqa, həm mənəviyyat prinsiplərinə zidd olaraq Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının müdafiəçisi rolunda oynayır: “Bununla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, ərazilərimizdə separatçı bir qurumun fəaliyyət göstərməsini tələb edir. Əlbəttə Azərbaycan müstəqil bir dövlət olaraq Fransanın bu istəklərini heç bir zaman qəbul edə bilməz. Fransanın son dövrlər həm daxili, həm xarici siyasətində çox ciddi problemlər var. Makron adminstrasiyası ictimaiyyətin fikrini bu problemlərdən uzaqlaşdırmaq üçün özünə bir hədəf seçib. Amma bununla həm də özünə problem gətirən hədəf seçib.
Fransanın bütün cəhdlərinə baxmayaraq, anti-Azərbaycan qərarları qəbul etməsi mümkün olmur. BMT TŞ-də aparılan müzakirələr hər hansı bir qətnamə qəbul etmədən, TŞ-nin üzvlərinin böyük əksəriyyətinin Azərbaycanı müdafiə etməsi ilə nəticələndi. Fransa şirkətləri öz hökumətlərinin yanlış siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatında özlərinə yer tuta bilmirlər. Fransanın bu hərəkəti yüzlərlə, minlərlə Azərbaycan gənclərinin Fransa universitetlərindən imtina etməsinə səbəb olur. Azərbaycanın qətiyyətlə öz müstəqilliyi və suverenliyini qoruması Fransanın əsəblərini tarıma çəkir və Azərbaycana olan nifrətini gizlədə bilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB