“Azərbaycan Fransanın çirkli oyunlarını pozdu, onu ifşa etdi” – DEPUTATIN ŞƏRHİ
“Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşının fəaliyyətində 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən əməllər olduğu üçün onlar Azərbaycandan qovulublar. Hər iki əməkdaşın hərəkətlərindən ciddi şikayət edilib və onlar “arzuolunmaz şəxslər” elan ediliblər. Fransa isə heç bir konkret dəlil olmadan Azərbaycana cavab tədbiri olaraq iki diplomatımızı “persona non grata” elan edib. Azərbayucan sübut, dəlil və faktı ortaya qoyduğu halda, rəsmi Parisin əlində heç bir sübut yoxdur. Təbii ki, bu hadisə onu sübut edir ki, Fransa Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir. Bu ölkə Ermənistan-Azərbaycan qarşıdurmasında tamamilə ədalətsiz, qərəzli mövqe tutur. Bu da Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına ciddi maneə törədir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bu yanaşmanı Fransa bütün zamanlarda, xüsusən də indiki prezidentin dövründə davamlı olaraq sərgiləyib: “Rəsmi Parisin anti-Azərbaycan fəaliyyətini həm BMT-nin Təhlükəsizlik Şurasında, həm Avropa İttifaqı və onun təsisatlarında görürük. Bu ölkənin vasitəçilik missiyası da uğursuz olub. Fransa dörd Qərbi Afrika ölkəsindən qovulub, müstəmləkələrində Fransa hakimiyyətinə qarşı etirazlar baş qaldırıb, ölkə daxilində səngimək bilməyən etirazlar Makron hakimiyyətinin nüfuzunu xeyli aşağı salıb. Bu gün Fransa hökumətini iflic vəziyyətindədir. Makron çıxış yolunu diqqəti daxili proseslərdən yayındırmaqda görür. Bu isə onda alınmır. Fransa hadisələrin ardınca sürünür və əyri yollarla Cənubi Qafqaza ayaq açmaq istəyir. Məqsədinə çatmaq üçün bütün variantlara əl atır. Agentura şəbəkəsinin aşkarlanması Fransanın çirkin məqsədini və amallarını aydın şəkildə bir daha göstərdi. Bu əməliyyat Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük ifşası və biabırçılığıdır. Makron hakimiyyətinin iç üzü ifşa olundu, bütün dünya çirkin siyasət yürüdən bu ölkəni yenidən tanıdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB