"Dörd il ərzində bu Hərəkata sədrlik etmək bizim üçün əvəzedilməz bir təcrübə oldu" - Ceyhun Bayramov

"Dörd il ərzində bu Hərəkata sədrlik etmək bizim üçün əvəzedilməz bir təcrübə oldu" - Ceyhun Bayramov

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi artıq başa çatır. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Azərbaycanın rəhbərliyi dövründə bu təşkilata dünyada marağın artmasının şahidi olduq. Hərəkata çox ciddi təsisatlanma baş verdi". SİA xəbər verir ki, bu sözləri Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Qoşulmama Hərəkatı üzvlərinin beynəlxalq arenada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana verdikləri dəstək göz önündədir. Bildiyiniz kimi, Azərbaycan sədrliyi 120 ölkənin yetkin razılığı ilə bir il də uzadılmışdı. Yanvar ayında isə bu sədrlik Uqandaya keçəcək. Amma növbəti üç il ərzində Azərbaycanın Hərəkatın işində aktiv rolu olacaq. Bu təşkilata 4 il ərzində sədrlik etmək və irəli aparmaq bizim üçün əvəzedilməz bir təcrübə oldu",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə