"Ermənistan beynəlxalq məhkəməyə sülh müqaviləsi gündəmindən fərqli mövqe təqdim edir" - XİN başçısı
"Azərbaycan Ermənistana, Ermənistan da Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə bir sıra iddialar qaldırıb". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu proses sülh gündəliyi ilə eyni vaxtda davam edir: “Bu ziddiyyət həm bizi, həm də İrəvanı düşündürməlidir”. Başqa bir məsələ Ermənistanın beynəlxalq məhkəmələrə təqdim etdiyi sənədlərdə Ermənistanın sülh müqaviləsi ilə bağlı qəbul etdiyi 5 baza prinsip arasında ziddiyyət var. Yəni, Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB