"Türkiyəyə hücumlar davam edərsə, "Terörle Mücadele" dayanmayacaq - TURKİYƏLİ GENERAL AÇIQLADI

"Türkiyəyə hücumlar davam edərsə, "Terörle Mücadele" dayanmayacaq - TURKİYƏLİ GENERAL AÇIQLADI

"Türkiyədə terror 1984-cü ildə başlayıb. Yəni 39 ildir davam edir. Bu illər ərzində təqribən 8 minə yaxın şəhid verilib. Bu mövzuda antiterrorizmdə dəyişən şərtlərə və təhdid vəziyyətinə görə antiterrorizm konsepti illər ərzində yenilənib". Bunu SİA-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Türkiyənin İHA və SİHA-larla kəşfiyyat və texnologiya xarakterli əməliyyatlar həyata keçirməsi nəticəsində Türkiyədəki terrorçu ünsürlərin sayı 100-dən aşağı düşüb: "Əvvəllər minlərlə terrorist var idi və çox aktiv hərəkət edirdilər. Ancaq artıq Türkiyədə heçnə edə bilməyəcək vəziyyətə gəliblər. Terrorçuların böyük hissəsi Suriya və İraqa çəkilib. Türkiyədə 2016-cı il darbe cəhdindən sonra terrorçu və terrorizmlə aktiv mübarizə aparmaq məqsədilə "Terrorçu hardadırsa tap və məhv et" konsepti çərçivəsində zaman-zaman 150-200 km-ə çatan İraq və Suriya dərinliklərində hava qüvvələri, İHA və SİHA-larla quru atəş dəstəyi vasitəsilə hərəkatlar icra edildi. Bu mövzuda ən son İraq hərəkat sahəsində iki fərqli bazaya terrorçular tərəfindən sızma gerçəkləşdirilməyə çalışılıb, bu nəticə əldə etməyib ancaq 12 şəhid verilib. Bu mənada Türkiyə yuxarda da qeyd etdiyim konsept çərçivəsində İraq və Suriyadakı terrorçuların əvvəlcədən təyin edilmiş bazalarına, barınma yerlərinə, logistika ünsürlərinə, təlim ünsürlərinin olduğu yerlərə havadan və qurudan əməliyyatlar həyata keçirdi. "Terrorçu haradadırsa, Terörle Mücadele də oradadır" çərçivəsində 250 km-lik İraq sərhədinin tamamında 30 km dərinliyində bir təhlükəsiz bölgə yaradılıb. Son şəhidlərimiz də bu bölgənin ən uc nöqtəsində, irəli müvəqqəti bazasında olmuşdur. Suriya sərhədində də 30-40 km-lik təhlükəsizlik xətti yaradılıb. Türkiyəyə, silahlı qüvvələrinə bu kimi hücumlar davam etdiyi təqdirdə Suriya və İraqdan Türkiyədə terror yaratmağa çalışan ünsürlərə qarşı havadan və qurudan hərəkat həyata keçiriləcək və Türkiyənin "Terörle Mücadele" si son terrorçu məhv edilənə qədər davam edəcək.

Y.Karauz bildirib ki, İraq və Suriyada bu terrorçu ünsürlərin saxlanması təsadüfi deyil: "Türkiyə sərhədi aşaraq etmiş olduğu 5 hərəkat və yaratdığı güvənli bölgələrlə cənubunda İraq və Suriyanı əhatə edən və dənizə çıxışı olan bir terror dövləti yaradılmasının önünü kəsib və ABŞ-nin oyununu pozub. ABŞ dənizə çıxışı olan bir terror dövləti yaratmağa çalışmaqda, bunları təlimdən keçirməkdə, təmin etməkdə və minlərlə tır silah-sursat verməkdədir. Suriyada IŞİD-lə mübarizə adı altında Fransanın da daxil olduğu koalisiya əsgərləri var. Dolayısıyla Türkiyənin Suriya hərəkat sahəsində bu çətinliklərə baxmayaraq inancı ilə mübarizəni ən yaxşı şəkildə yerinə yetirir. İraqda isə bölünmüş bir ölkə var. Yerli hakimiyyətlə mərkəzi hakimiyyət arasındakı boşluqdan terrorçular yaxşı istifadə edirlər. Hədəf güneyimizdə bir terror dövləti yaradılmasını əngəlləmək və terrorçu və terrorizmi olduğu yerdə məhv etməkdir. Türkiyənin də bunu bacara biləcək gücü və qüvvəti var".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə