"Fransanın ermənipərəstliyi artıq anti-Azərbaycan mövqeyinə çevrilib" - NAZİR
"Azərbaycan və Fransa münasibətlərinin gələcək perspektivləri barədə danışarkən mövcud duruma nəzər salmalı və bunun səbəblərini başa düşməliyik. Mövcud vəziyyət onu göstərir ki, iki dövlət arasında olan münasibətlər son 30 il ərzində olduğundan ən aşağı nöqtədədir". Bu sözləri Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov nazirliyin illik hesabatına dair mətbuat konfransı zamanı SİA-nın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, Fransa-Azərbaycan münasibətlərinin çətin duruma düşməsinin səbəbkarı biz deyilik: "Fransa ilə əlaqələrin gərginləşməsi Azərbaycan üçün prioritet məsələ olmayıb. Əksinə, Azərbaycan bu dövlətlə münasibətlərin inkişafı üçün illər ərzində səylər göstərib və müsbət yöndə addımlar atıb".
"Vəziyyətin bu yerə gəlib çıxmasının səbəbi odur ki, Fransa Azərbaycan -Ermənistan gündəliyini bilavasitə Fransa-Azərbaycan münasibətlərinin ayrılmaz tərkib hissəsi edib. İkinci məsələ isə ondan ibarətdir ki, Fransa hər zaman ermənipərəst olub. Ancaq Fransa uzun müddət ərzində bunu gizlədə bilib. Lakin 2020-ci ildən sonra Fransa öz ermənipərəst mövqeyini gizlətmək iqtidarında olmayıb. Hətta 44 günlük müharibədən sonra Fransanın ermənipərəst mövqeyi bir qədər də dəyişərək anti-Azərbaycana, Azərbaycanafob mövqeyinə çevrilib. Azərbaycana qarşı kampaniyaların arxasında Fransa dayanır. Yəqin ki bu iki dövlət arasındakı münasibətlərin gələcək perspektivləri bizdən çox Fransadan asılı olacaq. Fransa öz siyasətinə bizimlə, ümumilikdə Cənubi Qafqazla bağlı ciddi şəkildə nəzər salar və dəyişikliklər edərsə, o zaman hansısa rəylər və proqnozlar vermək mümkün olar",- deyə nazir bildirib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB