"Fransa Ermənistanı silahlandırmaq siyasətindən vaz keçməlidir" - POLİTOLOQ BİLDİRDİ

"Fransa Ermənistanı silahlandırmaq siyasətindən vaz keçməlidir" - POLİTOLOQ BİLDİRDİ

"Fransanın Azərbaycana qarşı düşmən siyasəti son üç ildə açıq şəkil alıb. Təbii ki, Fransa Azərbaycana qarşı düşmənçilik edərək Ermənistan üzərindən Cənubi Qafqazda yerləşmək, öz mövqeyini gücləndirmək istəyir. Bunun üçün də Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini və yeni reallıq yaratmasını qəbul edə bilmir". Bunu SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, məhz son bir ildə Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə 3 dəfə toplantı çağırılıb, amma hansısa qərar qəbul edilməyib: "Fransanın niyyətləri suya düşdü. Bunun ardınca Fransa Azərbaycanı beynəlxalq miqyasda xaricdə zəiflətməyə çalışmaqla bərabər eyni zamanda daxildə də öz casus şəbəkəsi vasitəsilə Azərbaycana təsir göstərməyə çalışdı. Azərbaycan casus şəbəkəsini ifşa edəndən sonra təbii ki, Fransanın 2 diplomatı da öz fəaliyyətlərindən kənar casusluq fəaliyyəti ilə məşğul olub. Ona görə də onlar ölkədən çıxarıldı. Hazırda Fransada Azərbaycana cavab olaraq Azərbaycanın iki diplomatını ölkədən xaric etdi. Təbii ki, bu həm də diplomatik münasibətlərin gərgunləşməsidir".

Politoloq bildirib ki, münasibətlərin öz yoluna düşməsi üçün Fransa öz siyasətini dəyişməlidir: "Fransa Ermənistanı birtərəfli dəstəkləyərək onu bölgədə silahlandırmaq siyasətindən vaz keçməlidir. Eyni zamanda Azərbaycanla da beynəlxalq hüquqa uyğun olaraq münasibətləri qurmalıdır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə