"20 ildə əldə edilən nailiyyətlərin miqyası daha böyükdür” - ŞƏRH EDİLDİ
“2023-cü il yaddaşımızda suverenliyimizin tam bərpası ili kimi qalacaq. Bu il həm də Azərbaycan xalqı və dövlətçiliyinin əbədi olaraq mövcud olması uğrunda canını fəda etmiş bir insanın, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu. Onun idealarının bu gün Prezident İlham Əliyev tərəfindən daha təkmil və müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi bizi qürurlandırdı. Bu gün Qarabağımızın 30 illik işğalına son qoyulub, Ali baş Komandanımızın böyük sərkərdəlik şücaəti nəticəsində itirilmiş torpaqlarımızın bir hissəsi 200 ildən sonra geri alındı. Artıq məcburi köçkünlərin statusu dəyişib, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlanıb. Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazilərində üçrəngli bayrağımız dalğalanır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, son günlərini yaşadığımız ili Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə Azərbaycanda yürüdülən uğurlu siyasətin yekunu və gələcəyə hesablanmış işlərin stimulu da adlandırmaq olar: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı İlham Əliyevə etimad göstərərək prezident seçkilərində ona səs verdi. O vaxt İlham Əliyev xalqa müraciət edərək söz verdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Beləcə 20 il ərzində verdiyi bütün vədləri, qarşıya qoyduğu bütün vəzifələri icra etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etdi. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradıldı. Partiyanın yeni Proqramı qəbul edildi, həmçinin kadr islahatlarına başlanıldı. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 ildə ölkənin sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərin miqyası daha böyükdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB