"Prezidentin xarici səfərləri Azərbaycanın artan nüfuzuna töhfə verir” - ŞƏRH EDİLDİ
“Prezident İlham Əliyevin Sankt-Peterburqa səfərini MDB-ə daxil olan ölklərlə münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində növbəti addım hesab etmək olar. Ermənistanı çıxmaq şərtilə digər ölkələrlə Azərbaycanın mehriban qonşuluq münasibətləri var. Bu əlaqələr bütün sahələri əhatə edir. O cümlədən iqtisadi sahədə də əməkdaşlıq bu ölkələrin iqtisadi güclərinin artmasına, sosial problemlərinin həllinə və bir dövlət kimi güclənməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, ölkə başçısının işgüzar səfəri çərçivəsində həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə bu münasibətləri bir daha diqqətdən keçirməyə, regionda və dünyada baş verən hadisələr barəsində fikir mübadiləsi etməyə, birgə mövqe müəyyən etməyə imkan verdi: “Eyni zamanda Ermənistanla münasibətlərin, problemlərin həll edilməsi istiqamətində bu səfəri əhəmiyyətli bir dövr kimi qiymətləndirmək olar. Bu gün iki ölkə arasında hərbi münaqişə artıq başa çatıb. Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib və sülh müqaviləsinin bağlanması üzərində çox ciddi iş gedir. Qeyri-rəsmi görüşdə həmin müqavilə ilə bağlı müəyyən fikir mübadiləri etmək çətin oldu. Hesab edirəm ki, Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın artan nüfuzuna töhfə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB