Məlumat verildiyi kimi 2023-cü il 26 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir. SİA xəbər verir ki, Mahmudov Zaur rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB