“İlham Əliyevin siyasəti Azərbaycanı daha parlaq gələcəyə aparır” - MÜNASİBƏT BİLDİRİLDİ

“İlham Əliyevin siyasəti Azərbaycanı daha parlaq gələcəyə aparır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Məlum olduğu kimi fevral ayında növbədənkənar prezident seçkilərinin keçirilməsi təyin olunub. Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini təsdiq etdi. Ölkə başçısının növbəti dəfə prezidentliyə namizədliyi təsdiqlənməsi bütöv Azərbaycan xalqının təkidli tələbidir.
Bu gün ölkəmizdə siyasi suverenliyimizin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, beynəlxalq hüquqla tanınan bütün ərazilərimizdə konstitusiya quruluşunun bərqərar olunmasına məhz Prezident İlham Əliyevin fəaliyyəti ilə əldə olunub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.


Deputat sözlərinə belə davam edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib. Bu gün məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində Prezident İlham Əliyev müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Təbii ki, bu Zəfərlərin davamı qarşıdan gələn seçkilərdən əhəmiyyətli dərəcədə asılıdır.

Mən deyərdim ki, hətta bu gün beynəlxalq siyasətdə gedən müzakirələr bir daha göstərdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur. Cənab İlham Əliyevin siyasəti Azərbaycanı daha parlaq gələcəyə aparır, ölkəmizin daha güclü dövlət kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinə zəmin yaradır. Prezident İlham Əliyev davamlı inkişafa yönəlmiş siyasəti ilə ölkəmizə bundan sonra da böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə