"Regional seminarları özündə birləşdirən layihəyə start veririk" - Rövzət Qasımov
"Bugünkü iclasın əsas məqsədi dairə seçki komissiyalarında fəaliyyət göstərən ekspert qrupları üzvləri üçün təşkil olunmuş regional seminarları özündə birləşdirən layihəyə start verməkdir". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
"Dairə seçki komissiyalarında fəaliyyət göstərən və üç nəfərdən ibarət ekspert qruplarının peşəkarlıq səviyyəsinin artırılması, əvvəlki təcrübələrin yaratdığı təəssüratları onlarla bölüşmək və yeni işgüzar vərdişləri aşılamaq bizim əsas qayəmizdir. Bu ekspert qruplarının bəzi nümayəndələri əvvəllər də bu prosesdə iştirak ediblər. Onların da təcrübələri bizim üçün dəyərlidir",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB