"Azərbaycan heç bir halda digər dövlətin təsiri altına düşməyəcək" - DEPUTAT DANIŞDI
"Fransa Administrasiyasının apardığı daxili və xarici siyasət Fransa üçün çox böyük problemlər yaradır. Ölkə daxilində gərginlik var, aparılan islahatlar cəmiyyətin böyük bir hissəsini narazı salıb. Bu gün Fransanın daxilində milli birlikdən danışmaq olmur. Ölkənin xarici siyasəti isə çox ziddiyyətlidir və münasibətdə olduğu dövlətlərlə konflikt yaratmağa gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Fransanın keçmiş müstəmləkələri ilə əlaqələri həddindən artıq korlanıb: "Fransanın Cənubi Qafqazda apardığı siyasət isə həm onun statusuna, həm də beynəlxalq hüquq normalarına ziddir və daim Azərbaycanın daxili işlərinə qarışmağa çalışır. Fransa Azərbaycan əleyhinə beynəlxalq aləmdə kampaniya aparmağa çalışır, ölkəmizin ərazi bütövlüyünü şübhə altına salır. Bütün bunlar isə Fransanı hörmətdən salır, onun BMT-nin 5 daimi üzvündən biri kimi nüfuzuna bir ləkə gətirir. Eyni zamanda Fransa rəhbərliyinin apardığı siyasət Fransa şirkətlərinin Azərbaycanla onlar üçün sərfəli olan əlaqələr qurmasına çox böyük maneə rolunu oynayır. Əlbəttə bunların hər biri xoşagəlməz məsələlərdir və Fransanın yeni müstəmləkiçilik siyasəti heç bir zaman ona nüfuz və xeyir gətirə bilməz. Azərbaycan isə heç bir halda digər dövlətin təsiri altına düşməyəcək. Biz müstəqillik qazanmamışıq ki, hər hansısa ölkə bizim daxili işlərimizə qarışsın, nəyi necə etməli olduğumuzu öyrətsin və suveren hüququmuzu pozmağa çalışsın. Fransanın Azərbaycana qarşı etdikləri Azərbaycan tərəfindən hər zaman sərt reaksiyalara səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB