Fransanın bir dövlət olaraq fəaliyyəti və mahiyyəti barədə kifayət qədər, ən azından bizə lazım olan qədər məlumatlıyıq. İşğalçılığa dəstək, münaqişənin, müharibənin qızışdırılması üçün təxribatçı tərəfə silah verilməsi, senatorların, hətta şəhər merlərinin belə başqa bir dövlətin daxili işlərinə burun soxmaqla aranı qızışdırması rəsmi Paris üçün adi hal hesab olunur. Üstəlik, Afrika ölkələrinə qarşı kalonial siyasət yürüdən və bütün dünyada imicini sıfıra endirən Fransa yox dərəcəsində olan nüfuzunu günü-gündən itirməkdədir. Fransanın Cənubi Qafqazda sülh yox, müharibə arzusunda olduğu dəfələrlə öz təsdiqini tapıb və danışıqlar prosesində vasitəçi olaraq qəbul edilmədiyinin haqlı qərar olduğu artıq zərrə qədər də şübhə doğurmur.
Avropa ölkəsi olan Fransa üçün Cənubi Qafqazın cırtdan ölkəsi Ermənistanı silahlandırmaq vacib görünə bilərmi? Əlbəttə ki, görünə bilməz. Elə isə fransızlara nə düşüb ki, ermənilərə bir qədər bundan öncə hərbi texnika göndərmişdilər? Ermənistan tərəfi 44 günlük müharibə zamanı yüzlərlə hərbi texnika itgisi ilə üzləşdiyi halda, həmin hərbi texnikanın məhz Bakıda, hərbi qənimətlər parkında olması fonunda Fransanın göndərdiyi 20-30 ədəd zirehli texnika nəyi dəyişə bilərdi axı? Bəlkə həmin hərbi texnika göndəriləndən sonra Ermənistanın “çiçəkləndiyinin” şahidi olan bircə dənə fransız göstərə bilərlər? Yaxud, ola bilsin bizim xəbərimiz yoxdur, bəlkə həmin hərbi texnika ilə Ermənistanın silah arsenalı dolub? Axı həmin arsenal demək olar ki, tamamilə boş idi və bir neçə sayda zirehli texnika ilə dola bilməzdi. Yaxşı bəs, dola bilməzdisə, bununla heç nəyə nail olmaq mümkün görünmürdüsə, bir neçə ədəd hərbi texnika göndərən Fransa nə düşünürdü onları göndərdiyi zaman? Təbii ki, yenə də münaqişəni qızışdırmaq, ölkələrin daxili işlərinə burun soxmaq ön planda durur. Ara qarışdırmaq, qarşıdurma yaratmaq, münaqişə və müharibə niyyətindən başqa Fransanın bir niyyətinin olmaması göz önündədir.
BMT kimi mötəbər bir beynəlxalq təşkilatın məlum dörd qətnaməsini ATƏT-in həmsədr ölkəsi olan Fransa onullər boyu nəzərə belə almadı. İşğalçılıq siyasəti yürüdülməsinə qarşı olan qərarlara, qətnamələrə məhəl qoyulmadığına heç münasibət də bildirmədi. Azərbaycan BMT adlı dünyanın bir nömrəli, eləcə də ən mötəbər beynəlxalq təşkilatının dörd qətnaməsinin icrasını reallaşdırdığı zaman Fransa əl-ayağa düşüb işğalçının tərəfində olduğunu açıq-aşkar nümayiş etdirdi. Öz tarixi torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edən Azərbaycanın həmin əraziləri xarabalığa çevirlən Ermənistan tərəfindən fərqli olaraq, quruculuq işlərinə başlaması, infrastruktur layihələrini gerçəkləşdirməsi, yaşayış üçün əlverişli olan bütün mümkün şəraiti yaratması, abadlıq işləri aparması Fransanı narahat etməyə başladı. Azərbaycanın bölgədə yeni reallıq yaratması, təhlükəsizliyi, sabitliyi təmin etməsi, əraziləri abadlaşdırılması alqışlanmalı olduğu halda, rəsmi Paris buna tamamilə başqa rakursdan baxmalı oldu və bəlli oldu ki, təhlükəsizliyin, sabitliyin təmin olunması Fransanı qətiyyən qane etmir. Çünki bu Avropa ölkəsi heç də sülh niyyətli deyil.
Tarixi faktlara nəzər saldıqda görürük ki, Fransa öz müstəmləkəçilik siyasətini müharibə və münaqişələr üzərində qurub, sülh və əminamanlığın təmin olunmasında yox. Fəaliyyətinə və eyni zamanda məhz elə bu tarixi faktlara istinad edərək belə bir qənaətə gəlinir ki, Fransa regionda dayanıqlı sülhün əldə edilməsi yolunda yenə də pozucu və qərəzli mövqedədir. Əslində, Fransa xarici işlər naziri Katrin Kalonnanın İrəvanda verdiyi bəyanatlar özü də bu kontekstdə diqqəti cəlb edir və bu bəyanatın özünün belə pozucu niyyət daşıdığı göz önündədir. Göz önündə olan odur ki, hərbi baxımdan işğalçı ölkəni ruhlandırmaq üçün verilən bəyənatlar, ifadə edilən fikirlər bitmiş münaqişənin yenidən canlandırılması niyyəti daşıyır. Hal-hazırda Afrikada məhz Fransanın təhriki ilə, eləcə də həmin ölkənin birbaşa iştirakı ilə davam edən münaqişələr, hərbi çevrilişlər və bu kimi proseslər deyilənləri, həmin niyyəti təsdiq edir. Təsdiq edir ki, Fransa hansı ölkədə proseslərdə iştirak edirsə, həmin ölkədə pozuculuq niyyəti ilə, qərəzli niyyətlə iştirak edir. İndi Ermənistan da istisna hal deyil. Heç şübhəsiz ki, Fransa indi də qərəzli niyyətlə Cənubi Qafqazdakı proseslərə qatılır. Tam aydın şəkildə görünür ki, bölgədə sülhün bərqərar oilması rəsmi Parisin maraqlarına cavab vermir və məhz bu səbəbdən də Fransa burada da Afrika siyasəti yürütməyə çalışır.
Afrikadakı geo-siyasi itkilərini Cənubi Qafqazda kompensasiya etməyə cəhd edən Fransa hakimiyyəti region ölkələrinin işlərinə burun soxmaqla bundan istifadə etmək niyyətindədir. Afrikanın 10-dan artıq ölkəsi ilə Fransanın strateji səviyyədə olan münasibətlərini hakimiyyətə gəldikdən sonra diplomatik əlaqələrin dondurulmasına qədər pisləşdirən Makronu və onun hakimiyyətini qətiyyən hansısa ölkə maraqlandıra bilməz. Nə Fransa prezidenti Makron, nə də bu ölkə hakimiyyəti xalqları müharibəyə, qarşıdurmalara təhrik etməkdən başqa heç bir niyyət ortaya qomur. Ermənistana dayaq durmağı güya özünün şərəf məsələsi kimi təqdim edən Fransa hakimiyyətinin ermənipərəstliyi göründüyü kimi, əslində, hazırki dövrdə geosiyasi itgilərinin bərpası niyyətilədir və instinktiv olaraq, özünü müdafiə etmək hissinin təzahürüdür, hansıki bu, fransızlar üçün arzuolunan deyil. Sözsüz ki, belə təhlükəli oyunlara baş vurmasına, çirkin niyyətili addımlar atmasına görə Fransa hakimiyyəti tarix qarşısında cavab verəcək. Elə sıravi, sadə fransızlar da bu hakimiyyətdən hesab soracaqlar. Çünki Fransa hakimiyyətinin oynadığı oyunlar tarixin bağışlamayacağı böyük səhvlərdir və bu səhvlər Fransa üçün də daha böyük itgilər deməkdir.
Makronun Fransadakı erməni diasporunun, erməni icmasının təsiri altında olması çoxdan bəllidir. Fransa liderinin həmin o erməni diasporunun, erməni lobbisinin maliyyəsindən faydalandığı da sirr deyil. Seçkilərdə erməni lobbisinin, erməni diasporunun törədəcəyi maneədən qorxduğu da göz önündədir. Belə olan halda, Emmanuel Makronun özünü ermənidən də betər erməni kimi aparması, haylara özlərindən də guya daha çox diqqətlə yanaşması, bir sözlə, əl-ayağa düşməsi başadüşüləndir. Xüsusən də, hazırda Fransanın ictimai-siyasi, milli böhran içində olduğu vaxt bu, daha yaxşı anlaşılandır. Bir Avropa ölkəsi olan Fransada idarəçilik zəifləyib, talanlar törədilir və xaos baş alıb gedir. Həmin o Avropa ölkəsi dediyimiz dövləti dünya ictimaiyyəti istismarçı dövlət olaraq tanıyır və belə də qəbul edirsə, Fransanın adına sülhyaratma, demokratiya anlayışı heç cür şamil oluna bilməz. Öz ölkəsinin vətəndaşlarının qayğısına qalmalı, öz dövlətinin yox dərəcəsində olan nüfuzu barədə qayğılanmalı, düşünməli olan Fransa hakimiyyəti tərəfindən bəyan edilənlərin dəyərinin nə qədər olduğu da, mahiyyəti də çoxdan bəllidir.
Fransanın anti-Azərbaycan mövqeyi bu vaxta qədər bir çox istiqamətlərdə dəfələrlə özünü göstərib və rəsmi Parisin Bakıya qarşı əsassız, ədalətsiz, haqsız, ikili yanaşmalarının mütəmadi olaraq şahidi olmuşuq. Bir növ, ermənipərəst fransızların məhz Azərbaycana, azərbaycanlılara qarşı haqsızlığı, davamlı xarakter aldığına və onlar üçün sanki ənənəyə çevrildiyinə görə artıq dünya ictimaiyyəti buna sanki öyrəncəli olub və heç bir reaksiya vermir. Ölkəmizə qarşı rəsmi Parisin qərəzli münasibət, haqsız, ədalətsiz, ikili yanaşma sərgiləməsinə bəraət qazandırmaq üçün, fransızlar çarəsiz bir şəkildə “casus” qalmaqalına əl atdılar, amma yenə də dünya ölkələrindən bir reaksiya olmadı.
Rəsmi Parisin irticaçı siyasəti Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir. Hərbi siyasi ideologiya ilə bölgəyə soxulmaq arzusunda olan Fransanın niyyəti heç də sülhə yönəlik deyil, özünün imperialist və ekspansionist ideologiyasının Cənubi Qafqazda da tətbiq edilməsi məqsədi güdülür. Yəni, Fransa öz imperialist siyasətinə, öz ənənəsinə uyğun olaraq, dövlət maraqlarına müvafiq şəkildə olmaqla, digər dövlətlərin daxili işlərinə qarışmaq üçün əlindən gələni edir. Dünya ictimaiyyəti hər şeyi çox gözəl müşahidə edir və şahiddir ki, Cənubi Qafqaza soxulmaq, özünə yer eləmək, sonra da istədiyi siyasəti, yəni bu vaxta qədər yürütdüyü müstəmləkəçilik siyasətini bölgədə yürütmək üçün çalışır. Elə Fransanın Ermənistanda daimi hərbi attaşesinin təyinatına hazırlıq görməsi də onun necə və hansı məqsədlər üçün çalışdığını ortaya qoyur. Bu Avropa ölkəsinin məhz özünün neo-müstəmləkəçilik siyasətini indi də Cənubi Qafqaza daşımaq istədiyi artıq zərrə qədər də şübhə doğurmur. Fransa Afrikadakı reputasiya itkilərini kompensasiya etmək üçün çalışır. Həqiqətən də rəsmi Paris, eləcə də Emmanuel Makron birbaşa Cənubi Qafqaza yönəlik elə bir siyasət yürüdür ki, tərəflər arasında münaqişəni, qarşıdurmanı daha da qızışdırıb əraziyə nəzarəti ələ alsın. Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi mövqeyindən geri çəkilmədən, Parisin neokolonial üsulları da daxil olmaqla, beynəlxalq hüququn icazə verdiyi bütün imkanlardan istifadə edərək, regionda sabitliyin pozulmasına heç bir şəkildə razı olmayacaq və buna qarşı çıxacaq.
Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən sui istifadə edərək, ayrı-ayrı dövlətlərim daxili işlərinə qarışır, təxribat planları həyata keçirir. Cənubi Qafqaz ölkələrində guya hansısa proseslərdə iştirak etmək niyyətini bəyan edən rəsmi Paris niyə öz ölkəsində baş verən proseslər barədə düşünmür? Başda elə Emmanuel Makron olmaqla, Azərbaycanın işlərinə burnunu soxan fransızlara xatırlatmaq istərdik ki, Fransanın özünün kifayət qədər problemləri var və öz problemləri ilə məşğul olması daha məntiqi olardı. Afrikadan başlayaraq, digər istiqamətlərdə də Fransanın xarici siyasətinin iflasa uğraması, Afrikada anti Fransa əhval ruhiyyəsi, fransızların həmin qitədən qovulması, koloniyalarda böyük zərbələr alması rəsmi Paris üçün yetərincə böyük və kifayət qədər dərin problemlərdir. Niyə Makron və onun hakimiyyət komandası bununla məşğul olmur, burnunu başqa dövlətlərin işlərinə soxur? Sözsüz ki, səbəb bəllidir və bəlli olan səbəb də odur ki, Makron düşünülməmiş, yanlış siyasət yürüdür. Bu siyasət isə Fransanın istənilən istiqamətdə iflasını sürətləndirir və ölkəsinin dünyada mənafelərinə çox ciddi zərbə vurur. Rəsmi Parisin yürütdüyü siyasətin pərdəarxasında hələ nələr düyandığı, çox güman ki, bundan sanra da üzə çıxacaq. Heç şübhəsiz ki, yeni faktların üzə çıxması Makron diktaturası üçün bir rezonans olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB