200-dən artıq təklif və tövsiyənin yarısı öz həllini tapıb - Ombudsman Aparatı
2019-2022-ci illərdə Azərbaycan ombudsmanı tərəfindən illik məruzələrdə 200-dən artıq təklif və tövsiyə irəli sürülüb. Həmin təkliflərin yarıdan çoxu müvafiq qanunvericilik aktlarında, habelə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilmiş tədbirlər çərçivəsində öz həllini tapıb. Bu barədə SİA-ya Ombudsman Aparatından bildirilib.
Qeyd olunub ki, müvafiq təkliflər insan hüquqlarının səmərəli təmin edilməsinə, o cümlədən aztəminatlı ailələrin və əhalinin həssas qruplarının problemlərinin həllinə yönəlməklə əhalinin müxtəlif qruplarının maraqlarına xidmət edən bir çox istiqamətləri əhatə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB