“Dünya birliyi Azərbaycanın gücünü nəzərə almalıdır” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Dünya birliyi Azərbaycanın gücünü nəzərə almalıdır” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“İşğaldan azad edilmiş ərazilərə hissəli şəkildə köç prosesi başlayıb. Öz doğma yurdlarına, evlərinə qovuşan soydaşlarımız sevinc içərisindədirlər. Çünki 30 il müddət ərzində öz el-obasından ayrı düşənlər bu gün qürur hissi ilə işğaldan azad olunmuş ərazilərə qaydırlar. Bu həm də Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Azərbaycan görülən işlərlə önəmli mesajlar verir: “İlk növbədə bu torpaqlar uzun illər ərzində baxımsız qalıb, bura yalnız müdafiə zolağı kimi istifadə olunub. Bu ərazilərdə narkotik becərilib, transmilli cinayətkarlıq həyata keçirilib. İndi isə Azərbaycan həmin əraziləri abadlaşdırır, quruculuq və bərpa işləri həyata keçirir. Əsas məqsəd keçmiş məcburi köçkünlərin dayanıqlı sülh şəraitində öz evlərinə qayıtmasını təmin etməkdir.

Düşünürəm ki, bu lokal xarakterli anti-terror tədbirlərindən sonra bu məqsədə nail oluruq. Dünya birliyi Azərbaycanın gücünü, birliyini və işğaldan azad olunmuş ərazilərə verdiyi töhfəni nəzərə almalı və dəyərləndirməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə