"Türkiyə-Azərbaycan ittifaqı sarsılmazdır" -MÜNASİBƏT

"Türkiyə-Azərbaycan ittifaqı sarsılmazdır" -MÜNASİBƏT

“Türkiyə -Azərbaycan qardaş, strateji müttəfiq dövlətlərdir. Üstəgəl Şuşa bəyannaməsi bu müttəfiqliyi daha da gücləndirib. Ona görə də, bütün məsələlərdə biz koordinasiyalı şəkildə Türkiyə ilə hərəkət edirdik. Siyasi, iqtisadi və hərbi əlaqələr üst səviyyədədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, il ərzində Azərbaycanla Türkiyə 14 birgə hərbi təlimlər keçirib, ticarət əlaqələri getdikcə daha da artır: “Azərbaycanın Türkiyədə böyük yatırımları var, Türkiyənin də Azərbaycands böyük yatırımları mövcuddur. Qarabağda Türkiyə şirkətləri böyük layihələr həyata keçirlər. Yəni bu ittifaq sarsılmazdır və bu ittifaqa qarşı heç bir ölkə təhdid edə bilməz. Çünki qarşılarında Azərbaycanla yanaşı Azərbaycan və Türkiyə ittifaqını görə biləcəklər. Azərbaycan və Türkiyə ittifaqı türk dünyası inteqrasiyanı sürətləndirən amilə də keçib məhz ikinci Qarabağ müharibəsində Azərbaycanın uğurundan sonra və Türkiyənin Azərbaycana hər tərəfli dəstəyindən sonra mərkəzi Asiyanın türk dövlətləri də Azərbaycan və Türkiyə ilə əməkdaşlıqı gücləndirməyə qərar veriblər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə