“Yeni Azərbaycan Partiyasının genişləndirilmiş iclasında partiyanın sədri cənab İlham Əliyevin namizədliyi irəli sürüldü və artıq Mərkəzi Seçki Komissiyası namizədliyi qeydə alıb. Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi təkcə YAP-ın rəyi kimi deyil, Azərbaycan xalqının istəyi və sifarişi kimi də qeyd edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, tarixə nəzər yetirsək, cənab Prezidentin uğurları hər yerdə danışılır: “Müasir Azərbaycanın uğurları, daxili və xarici siyasətdəki nailiyyətlərimizin hər biri Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin hesabatıdır. Bu mənada təbii ki, partiyanın başqa bir rəyi ola bilməzdi.
Düşünürəm ki, bu uğurlar davamlı olacaq. Çünki yeni çağırışlar var, dünya sürətlə dəyişir və Azərbaycan olduqca uğurlu mövqe tutur. Belə ki, həm yerləşdiyi geosiyasi məkanda, həm də qlobal anlamda Azərbaycan artıq mahiyyətcə böyük bir dünya dövlətinə çevrilib.
Qoşulmama Hərəkatına rəhbərlik etməyimiz, bir çox böyük platformalarda Azərbaycanın uğurlu fəaliyyətləri, ölkəmizdə keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etməsi cənab Prezidentin siyasi iradəsi, qətiyyəti sayəsində baş tutub. Zənnimcə, xalqımız 7 fevral tarixində öz iradəsini ortaya qoyacaq və gələcək uğurlarımıza, nailiyyətlərimizə səs verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB