Qızıl Aypara Cəmiyyətinin Qarabağ ofislərinin fəaliyyət göstərəcəyi yerlər açıqlanıb
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri Xankəndi, Xocalı və Əsgəranda fəaliyyət göstərəcək. SİA xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgərənda ofislərin fəaliyyətə başlaması gözlənilir.
"Məsələnin dərindən müzakirəsi yəqin ki, gələn il olacaq", - N.Aslan vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB