Seçkini boykot etmək çox böyük siyasi mədəniyyətsizlikdir - ƏLİ HÜSEYNLİ

Seçkini boykot etmək çox böyük siyasi mədəniyyətsizlikdir - ƏLİ HÜSEYNLİ

Seçkini boykot etmək çox böyük siyasi mədəniyyətsizlikdir. SİA -nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.

Əli Hüseynli deyib ki, Seçki Məcəlləsi siyasi partiyaların, partiya bloklarının da bu seçkilərdə aktiv iştirakını özündə ehtiva edir: Yeni qanunu qəbulu zamanı bəzi siyasi partiyalar 5 min nəfər üzv məsələsi ilə bağlı mübahisə edirdilər, düşünürdülər ki, bu, onlarım qeydiyyatına mane olacaq. Amma indi o siyasi partiyalar seçkiləri boykot edirlər. Bu, çox təəssüfedici haldır. Qeydiyyata nail olub, indi seçkini boykot etmək çox böyük siyasi mədəniyyətsizlikdir".

MSK sədri Məzahir Pənahov bütün siyasi partiyalara bir daha müraciət edib: “Onların seçkilərdə iştirak etməsindən məmnunluq duyarıq. Hələ gec deyil, hələ də seçkilərdə iştirak edə bilərlər. Biz bütün siyasi partiyalara bərabər şərait yaratmağa cavabdeh orqanıq və bu təmin ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə