“Ərəb dövlətləri arasında birliyin olmaması İsrailin xeyrinə işləyir” -MÜNASİBƏT

“Ərəb dövlətləri arasında birliyin olmaması İsrailin xeyrinə işləyir” -MÜNASİBƏT

“İsrail beynəlxalq birliyin hərbi əməliyyatların dayandırılması ilə bağlı tələblərinə baxmayaraq HƏMAS-a qarşı savaşı davam etdirir və bu zaman müharibə qanunları belə kobud şəkildə pozulur. Qəzzada tələf olanların ümumi sayı 20 minə çatmaq üzrədir, onların 6 mini uşaq, 8 mini qadınlardır. HƏMAS-ın sığındığı tunellərə Aralıq dənizi sularının axıdılması və tunellərin su altında qalması ilə bağlı planlar var, 32 xəstəxanadan 8-i salamat qalıb, Qəzza mühasirə vəziyyətindədir, humanitar fəlakətin ölçüsü böyüyür”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə BMT TŞ-də Qəzzada atəşkəsin əldə edilməsini təmin edəcək qətnamənin qəbul edilməsinin qarşısını ABŞ bloklayır və əslində İsrailin dəyirmanına su tökür: “ABŞ İsrail vasitəsilə bölgədə, onun həyatı maraqlarına cavab verəcək yeni geosiyasi mənzərənin formalaşmasına çalışır. O, digər Qərb dövlətləri kimi HƏMAS-ı terror təşkilatı olaraq tanıyır, halbuki digər böyük dövlətlər belə düşünmür. Rusiya, Türkiyə, Çin, İran və s dövlətlər mövcud vəziyyətdən çıxış yolunu BMT TŞ nin zamanında bu münaqişə ilə bağlı qəbul edilmiş qətnamələrin icrasında görürlər, halbuki İsrail tərəfi son vaxtlar bu fikri bölüşmür, İsrailə sionist Bayden tərəfindən olan dəstək hazırda eskalasiyanın güclənməsinin əsas səbəbidir. Ərəb dövlətləri arasında bəlli səbəblərə görə birliyin olmaması hələləlik İsrailin xeyrinə işləyir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə